Şəmsi Səmədzadə azadlığa buraxılıb

SOSİAL
12:47 23.01.2025
177

Ötən ilin sonunda Özbəkistanda həbs edilən iş adamı  Şəmsi Səmədzadə azadlığa buraxılıb.

AZXEBER.COM Gununsesi.info-ya istinadən xəbər verir ki, Səmədzadə bir neçə gün əvvəl azadlığa buraxılıb.

Saytımızın əməkdaşı ilə telefon söhbətində Şəmsi Səmədzadə həbsinin səbəbləri barədə danışmayıb.

"Əsas odur ki, azadlıqdayam. İşdir, iş olan yerdə də problemlər olur” deyən Səmədzadə əlavə şərh verməkdən imtina edib.

Qeyd edək ki, Azərbaycanda ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunan Şəmsi Səmədzadə prezidentin əfv sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılıb.

OXŞAR XƏBƏRLƏR