"Sən bilirsən mən kimin gəliniyəm? Sənin "paqonu"nu cıracam" - VİDEO

"Sən bilirsən mən kimin gəliniyəm? Sənin "paqonu"nu cıracam" - VİDEO
SOSİAL
16:07 02.08.2017
101864

 

Xəbər verdiyimiz kimi, Bakıda yol polisi tərəfindən cərimə olunan xanım sürücü sosial şəbəkələrdə video yayaraq həmin polis əməkdaşının qadın sürücülərə qarşı nalayiq hərəkətlərdə ittiham etmiş və bildirmişdi ki, yol polisi əməkdaşı 99 P 048 dövlət nömrə nişanlı motosikletdə xidmət aparan Fəriddir. Qadın iddia edirdi ki, o xanım sürücüləri saxlayaraq onlara "padxod” edir, telefon nömrəsi istəyərək münasibət qurmağa çalışır. Buna nail olmadıqda isə cərimə yazır.

Amma Avtosfer.az-ın əməkdaşı hadisəni araşdırmaq üçün bu gün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində olub. Hadisənin videogürüntüləri və səs yazıları ilə tanış olub. Araşdırmalar nəticəsində maraqlı faktlar ortaya çıxıb. Məlum olub ki, "Jeep Vrangler” markalı, 90 GG 044 dövlət nömrə nişanlı avtomobili idarə edən Fatma Talıbova avqustun 1-də, saat 15:40 radələrində Teymur Elçin və Lermantov küçələrinin kəsişməsində təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə yol polisi əməkdaşı, çavuş Fərid Mustafazadə ona saxla işarəsi verib. Təhlükəsizlik şəhər kameralarının görüntülərindən  də məlum olur ki, xanım sürücü saxla işarəsinə tabe olmayaraq hərəkətə davam edir. Sonra Mehdi Hüseyn küçəsində ("Alov qüllələri”nin yanı) digər avtomobillər yolu kəsdikdən sonra onu saxlamaq mümkün olur. Burada qadın sürücü yol polisi əməkdaşına hədə-qorxu gəlir. Avtomobili saxlayan kimi özünü Daxili İşlər Nazirliyinin 102 xidmətinin əməkdaşı kimi təqdim edən xanım sürücü polisin saxla işarəsi zamanı əlini çiyninə qoyaraq "mən də paqonam” göstərir. Lakin saxlanılan zaman bunun əksinə olaraq formada olmadığını bildirərək bundan imtina edir. Daha sonra xanım sürücü "sən bilmirsən mən kimin gəliniyəm, sənin paronlarını sökdürəcəm” deyir. Həmçinin polis əməkdaşına "sən korsan” deyə müraciət edərək onun poqonlarına əl atır. Bundan sonra polis əməkdaşı qadın sürücüyə protokol tərtib edir. Saxla işarəsinə tabe olmadığı üçün xanım sürücü 80 manat və 4 balla cəzalandırılıb.

Məlum olub ki, həmin xanım sürücü də telefonla yol polisinin videosunu çəkib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında deyib ki, xanım sürücü özünün də görüntüsünün çəkildiyini anladıqdan sonra isə öz tanışı olan yol polisi əməkdaşını Fərid Mustafazadə ilə danışıqlara göndərib. Həmin şəxs yol polisinə təklif edib ki, siz öz görüntülərinizi silin və məsələ bağlansın. Fərid Mustafazadə isə etiraz edərək bildirib ki, artıq görüntülər idarəyə təqdim olunub və müvafiq tədbirlər görüləcək. Yalnız bundan sonra həmin xanım sürücü çəkdiyi videonu sosial şəbəkələrdə yayaraq yol polisi əməkdaşına böhtan atıb.

DYP rəsmisi bildirib ki, həmin faktla bağlı araşdırma aparıblar: "Araşdırmamız zamanı məlum olub ki, həmin qadın yol polisinə iftira atıb. Biz həmin vaxtı əməkdaşımızda olan mikrofon vasitəsi qadının səsinə qulaq asmışıq. Məlum olub ki, bu qadın nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini istifadə etmədən idarə edib. Buna görə də motosikletlə xidmət aparan DYP əməkdaşı ona saxla əmrini verib. Səs yazılarından görünür ki, həmin qadın polisə hədə-qorxu gəlir. Polis isə vəzifə borcunu yerinə yetirərək protokol tərtib edib. Ondan qisas almaq istəyən qadın isə bu cür əməl törədib. Əlimizdə səs yazıları və video görüntülər var”.

DYP sözçüsü eyni zamanda qadının videodakı başqa iddiasına da cavab verib: "Guya polis bütün sürücü qadınlara nömrəsini verir. Burdan ona sual verirəm ki, həmin polis sizə nömrə veribsə, onun mobil telefonun nömrəsi deyə bilərsinizmi?”.

Avtosfer.az-ın apardığı araşdırma zamanı o da ortaya çıxıb ki, həmin sürücü 2012-ci ilin iyulunda sürücülük vəsiqəsi alıb. 2013-cü ildə 6 dəfə, 2014-cü ildə 31 dəfə, 2015-ci ildə 12 dəfə, 2016-cı ildə 47 dəfə, 2017-ci ildə avqustun 1-dək 11 dəfə inzibati məsuliyyətə cəlb edilib. 2015-ci ildə cərimələri vaxtında ödəmədəyi üçün onun sürücülük hüququq 6 ay müddətinə məhdudlaşdırılıb. Bu il yazılan cərimələrə görə artıq Fatma Talıbovanın 14 cərimə balı var idi. Avqustun 1-də yazılan cəriməyə görə daha 4 bal əlavə olunub.

İdarədən həmçinin bildirilib ki, F.Talıbova böhtan, yəni yalan olduğunu bilə-bilə YPX əməkdaşının şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları  kütləvi informasiya vasitəsində yaydığına görə qanunvericiliiyin tələblərinə uyğun qaydada məsuliyyətə cəlb olunması üçün iş məhkəməyə göndəriləcək.

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
16:00 17.03.2026
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
15:54 17.03.2026
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
15:49 17.03.2026
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
15:41 17.03.2026
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
15:12 17.03.2026
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
15:02 17.03.2026
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
14:50 17.03.2026
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
Bu görüntüləri yayanları ağır cəza gözləyir
14:44 17.03.2026
Bu görüntüləri yayanları ağır cəza gözləyir
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
14:41 17.03.2026
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir
14:37 17.03.2026
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir
Parlament Prezidentlə xanımına təbrik məktubu ünvanladı
14:35 17.03.2026
Parlament Prezidentlə xanımına təbrik məktubu ünvanladı
Tarkan Bülent Ersoy üçün mahnı yazdı
14:28 17.03.2026
Tarkan Bülent Ersoy üçün mahnı yazdı
“Reuters”: İranın Ali Rəhbəri atəşkəsə dair təklifləri rədd edib
14:28 17.03.2026
“Reuters”: İranın Ali Rəhbəri atəşkəsə dair təklifləri rədd edib
Qayda pozan sürücülərə protokol verilməsində yeni QAYDA
14:24 17.03.2026
Qayda pozan sürücülərə protokol verilməsində yeni QAYDA
Netanyahunun Laricani və digərlərinin öldürülməsi əmrini verdiyi anın FOTOSU
14:21 17.03.2026
Netanyahunun Laricani və digərlərinin öldürülməsi əmrini verdiyi anın FOTOSU
"Bu, qadınların daha kütləvi şəkildə hərbi xidmətə cəlb edilməsi üçündür" - Hərbi ekspert
14:14 17.03.2026
"Bu, qadınların daha kütləvi şəkildə hərbi xidmətə cəlb edilməsi üçündür" - Hərbi ekspert