‘Sən kişi deyilsən, uşaq beşiyi yelləyirsən...’ söhbəti cinayətə səbəb oldu

KRİMİNAL
13:34 12.08.2015
2705

Bakıda maraqlı bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM avropa.info-ya istinadən xəbər verir ki, Astara rayon sakini Yaqubov Rauf avqustun 11-də qaynı Feyziyev İlham tərəfindən sol baldırından 6 bıçaq zərbəsi ilə Musa Nağıyev adına xəstəxanaya yerləşdirilib.

Hadisənin baş vermə səbəbi isə çox maraqlıdır. Belə ki, 8 il bundan əvvəl Raufun övladı dünyaya gəlib. Həmin zaman Raufun övladına nəvaziş göstərməsi, onun beşiyini yelləməsi İlham tərəfindən lağla qarşılanırmış. İlham Raufa "sən kişi deyilsən, uşağın beşiyini yelləyirsən, qadın işi görürsən" deyirmiş.

İllər ötür, Raufun qaynı İham evlənir və onun da bir övladı dünyaya gəlir. İlhamda eynən yeznəsi kimi övladına nəvaziş göstərir, körpənin beşiyini yelləyirmiş. Bunu görən Rauf 8 il əvvəl ona deyilən sözü unutmayıb və qaynına qaytarır. "Sən kişi deyilsən, uşağın beşiyini yelləyirsən, qadın işi görürsən."

Bu sözdən sonra yeznə - qayın bir neçə dəfə görüşür, amma aralarında heç bir münaqişə, söz söhbət olmur. Avqustun 11-də isə telefonla danışan yeznə-qayının arasında mubahisə yaranır və görüş təyin edirlər. "Elmlər Akademiyası" metrostansiyası ətrafında görüşürlər və qayın yeznəsini sol baldırından 6 bıçaq zərbəsi vurur. Yeznəsini bıçaqla vurduqdan sonra isə hadisə yerini tərk edir.

OXŞAR XƏBƏRLƏR