"Sən ölməli adamsan" - “Gelandevagen”li Əliyarın vurulma səbəbi və TƏFƏRRÜAT

SOSİAL
16:20 21.10.2019
6007
Öz dostu tərəfindən bıçaqlanan Əliyar Qasımovun vəkili hadisənin təfərrüatı və hazırda davam edən məhkəmə prosesi ilə bağlı açıqlama verib.

AZXEBER.COM musavat.com-a istinadən xəbər verir ki, vəkil İlqar Rüstəmov Əliyar Qasımovla yanaşı hadisə zamanı bıçaqlanan Sabir Tarverdiyevin də müdafiəçisidir.

Bildirək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 126.2.4-cü və 221.3-cü maddələri ilə ittiham edilən 1990-cı il təvəllüdlü Məmmədov Tural Mübariz oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilir.

Bu iş üzrə zərərçəkənlər Əliyar Qasımov və Sabir Tarverdiyevdir. Əliyar Qasımov biznesmen və BDU-nun Hüquq fakültəsinin müəllimi Ərəstun Qasımovun oğludur.


Vəkil İlqar Rüstəmov Əliyar Qasımovun və dostunun bıçaqlanması ilə nəticələnən hadisənin baş verməsi haqda bunları danışıb:

"Təqsirləndirilən Tural Məmmədovla hüquqlarını müdafiə etdiyim şəxs dostluq münasibətində olublar. Hadisə baş verən gün Tural Əliyar Qasımovun yanına gələrək iddia edib ki, guya Əliyar onun münasibətdə olduğu xanımla danışır. Heç bir əsas olmadan Əliyar Qasımova bir neçə bıçaq zərbəsi endirib. Tural Məmmədov hadisə yerinə cinayəti əvvəlcədən planlaşdıraraq gəlib. O, cibindən çıxardığı bıçaqla əvvəlcə Əliyar Qasımovun ürək nahiyəsindən zərbə vurub. Sonra da bədənin müxtəlif nahiyələrinə zərbələr endirib. Əliyar əli ilə bıçağı tutaraq özünü qorumağa çalışıb. Hətta onu öldürməməsi üçün yalvarıb. Bu yalvarışlar olmasa, Tural Məmmədov bəlkə də zərbələri davam etdirəcəkdi. Hadisə yerində olan Sabir Tarverdiyev də ayaq nahiyəsindən bıçaq zərbəsi alıb. Hadisə şahidlərinin də dediyinə görə, Əliyar sonda onu xəstəxanaya aparmağı xahiş edib. Amma Tural Məmmədov "sən ölməli adamsan" deyib və bıçağı yerə ataraq oradan uzaqlaşıb".
 

Daha əvvəl baş tutan məhkəmə iclaslarında Tural Məmmədovun çıxış etdiyini deyən vəkil bildirib ki, Tural Məmmədov əməlindən peşman deyil: "Qətiyyən peşman olmadığını dedi. Hətta məhkəmə iclasında məni və müdafiə etdiyim şəxsi də hədələdi. Bildirdi ki, çıxandan sonra bizimlə hesablaşacaq. Bu, məhkəmə protokoluda da qeyd edilib".


Əliyar Qasımovun da məhkəmədə ifadə verdiyini deyən vəkil İlqar Rüstəmov bunları əlavə edib:

"Əliyar Qasımov ifadəsində Turalla dost olduqlarını dedi. O bildirdi ki, Tural son zamanlar narkotik vasitə istifadə etməyə başlayıb və dostları tərəfindən bu hərəkətinə görə qınanılıb və bir çoxları ilə münasibəti pozulub. Əliyar bildirdi ki, Tural narkotik istifadə etdikdən sonra absurd söhbətlər etməyə başlayıb. Bunlardan biri də hadisənin baş verməsinə səbəb olan söhbətdir. Əliyar bildirdi ki, mübahisə zamanı Turala sadəcə "biz dostuq, şəxsiyyətin olsun" deyə irad bildirib".


Vəkil açıqlama zamanı Əliyar Qasımov və atasının adının "26-lar" kafesi ilə hallanmasına da münasibət bildirib. O deyib ki, həmin kafe Qasımovlara məxsus olmayıb.

Vəkil Əliyar Qasımovun qoşa "Gelandevagen”lə Bakı küçələrində şütüməsi xəbərinə də münasibət bildirərək deyib ki, sosial şəbəkələrdə və mətbuatda fotoları yayılan avtomobillərdən sadəcə biri Əliyar Qasımova məxsusdur.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:55 12.07.2020

Müdafiə Nazirliyi: “Hər hansı ərazi itkisinə yol verilməyib”

18:45 12.07.2020

Prezidentin köməkçisindən cəbhədəki ən son vəziyyətlə bağlı - AÇIQLAMA

18:24 12.07.2020

Məşhur aktrisa və qızı koronavirusa yoluxdu

17:56 12.07.2020

Azərbaycanda COVID-19-la bağlı aparılan testlərin sayı 568 mini ötdü

17:38 12.07.2020

Azərbaycanda daha 520 nəfər COVID-19-a yoluxub, 8 nəfər vəfat edib

17:28 12.07.2020

Azərbaycan ordusu düşməni geri çəkilməyə məcbur etdi: İki nəfər şəhid oldu, beş yaralı var - RƏSMİ

16:55 12.07.2020

Qazaxda minik avtomobili TIR-a çırpılıb, xəsarət alanlar var

16:20 12.07.2020

Müdafiə Nazirliyi: Ermənistanla sərhəddə döyüş gedir, hər iki tərəfdən itki var

16:12 12.07.2020

Hafiz Paşayevin həyat yoldaşı vəfat etdi

15:55 12.07.2020

Mehriban Əliyeva Bəhram Bağırzadə ilə telefonla danışdı

15:36 12.07.2020

Nura aztəminatlı ailələrə yardım edəcək: Reklam üçün deyil

15:07 12.07.2020

İstanbul klubu dünya səviyyəli futbolçu transfer edir

14:58 12.07.2020

“Namaz qılıram, ibadətlə məşğulam” - Keçmiş nazir

14:47 12.07.2020

Umayra Tağıyeva: "Sel görüntüləri Hacıkəndə aid deyil"

14:08 12.07.2020

Qənirə Paşayeva 300-dən çox seçicisi ilə online şəkildə görüntülü danışdı

13:54 12.07.2020

Sumqayıtda yaşadığı evi tərk edən koronavirus xəstəsinə cinayət işi açıldı - VİDEO