Hikmət Hacıyevdən Turala diplomatiya və media dərsi - Hacıbəy Heydərli yazır

Hikmət Hacıyevdən Turala diplomatiya və media dərsi - Hacıbəy Heydərli yazır
SİYASƏT
21:09 21.07.2026
996
Hacıbəy Heydərli, 

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Almaniyada "Azad söz” kanalının rəhbəri, bloqer Tural Sadıqlıya verdiyi cavab media və sosial şəbəkələrin gündəmini zəbt edib.

Milli Mətbuat Günü ərəfəsində bu dialoqda mənim üçün iki diqqətçəkən məqam oldu.

Onlardan biri özünü jurnalist kimi təqdim edən Tural Sadıqlıya hörmətli Hikmət müəllimin verdiyi cavab idi.

O, açıq şəkildə bildirdi:

"Siz özünüzə jurnalist deyirsiniz, ancaq sizin fəaliyyətiniz jurnalistika deyil. Müəyyən mənada bloqosfer fəaliyyəti ola bilər.”

Düşünürəm ki, bu fikirlər təkcə bir şəxsə ünvanlanmış cavab deyil, həm də peşəkar jurnalistikanın mahiyyəti ilə sosial mediada ağlına gələni paylaşan və yazan şəxslərin fəaliyyəti arasındakı fərqi ortaya qoyan prinsipial yanaşmadır.

Jurnalistika yalnız fikir bildirmək və ya informasiya paylaşmaq deyil. Jurnalistika faktlara söykənən, etik prinsiplərə əsaslanan, cəmiyyət qarşısında məsuliyyət daşıyan peşə fəaliyyətidir. Bloqosfer isə daha çox şəxsi mövqeyin və subyektiv yanaşmanın ifadə olunduğu platformadır. Təəssüf ki, Avropada yaşayan bəzi blogerlərin sayəsində bu mühitdə çox vaxt söyüş, təhqir, şantaj və böhtan da fəaliyyət üsuluna çevrilir.

Bu baxımdan Hikmət müəllimin mövqeyi peşəkar mediaya, jurnalistikanın standartlarına və bu peşənin nüfuzuna verilən dəyərin ifadəsi kimi qiymətləndirilə bilər.

Eyni zamanda Hikmət Hacıyevin bloqerə dediyi "Mən medianı izləyirəm, ancaq siz media deyilsiniz” sözləri də azad söz anlayışından təhqir, təhdid və şantaj vasitəsi kimi istifadə edənlərə verilmiş sərt cavab idi.

Həmçinin, "Verilişlərinizə çox vaxt ayırmıram, səmimi deyim. Sizə elə gəlir ki, Azərbaycanda hamı oturub sizin verilişlərinizə baxır, elə deyil” fikirləri qarşısında özünün yaratdığı kiçik informasiya mühitində gündəm formalaşdırdığını düşünən Tural Sadıqlı olduqca çəlimsiz və aciz görünürdü. Çünki bu dəfə qarşısında arxasından istədiyini deyə bildiyi klaviatura və kompüter yox, Zəfər qazanmış ölkənin hazırcavab diplomatı və dövlət rəsmisi dayanmışdı.

Dialoqda ən diqqətçəkən məqam isə Hikmət Hacıyevin Tural Sadıqlıya ünvanladığı bu sözlər oldu:

"Həyatda ən çətin şey Vətənə, dövlətə xəyanət etməkdir. O statusda yaşayan insanlara mənim yazığım gəlir.”

Bu ifadə əslində özünə hörmət edən hər bir insan üçün son dərəcə ağır ittihamdır. Çünki Vətənə xəyanət təkcə hüquqi məsuliyyət doğuran əməl deyil, həm də vicdan qarşısında ən ağır mənəvi yük hesab olunur. Belə bir ittiham normal halda insanı ciddi şəkildə narahat etməli, öz mövqeyini izah etməyə vadar etməlidir.

Ancaq Tural Sadıqlının reaksiyası tam əksini göstərdi. O, bu sözləri sakitliklə qarşıladı. Çünki görünən odur ki, onun üçün belə ittihamlar artıq nüfuzuna zərbə deyil, əksinə, xaricdəki havadarlarının gözündə daha "hörmətli” və "yararlı” görünmək üçün əsl dividentdir. Tural Sadıqlı bu sözü olduqca normal qarşıladı. Çünki Vətəninə, Dövlətinə qarşı yönələn mövqedən siyasi və ya maliyyə dividenti əldə etməyə çalışanlar üçün bu cür ittihamlar utanc mənbəyi deyil, fəaliyyətlərinin nəticəsi kimi qəbul edilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
06:36 12.09.2026
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı