"Sən özünü sevməsən, heç kəs səni sevməyəcək" - Xalq artisti

"Sən özünü sevməsən, heç kəs səni sevməyəcək" - Xalq artisti
MAQAZİN
10:28 09.09.2025
172
"Biz hələ də səhnəyə çıxanda həyəcanlanırıq. Bu da məsuliyyətdən doğur".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri Xalq artisti Mələkxanım Eyyubova "Yurd Fm"də qonaq olan zaman deyib.
 
Xalq artisti gənc ifaçılara məsləhət verib:
 
"İllərdir səhnədə olsaq da, hər dəfə biz də həyəcanlanırıq. Bu da məsuliyyətdən irəli gəlir. Səs elə bir şeydir ki, hər zaman qaydasında olmalıdır. Səhnəyə çıxırsansa sənin görünüşün, səsin, siman tamaşaçının zövqünü oxşamalıdır. Özünü yaxşı mənada sevməlisən. Çünki sən özünü sevməsən, heç kəs səni sevməyəcək, dəyər verməyəcək. Bunu sən yaratmalısan və qarşı tərəfə də ötürməlisən. Bunlar hamısı vəhdət təşkil edir. Bir şey çatışmayanda uğur qazanmaq mümkün olmur ."
OXŞAR XƏBƏRLƏR