Sənan Əlləz "Striptiz"dən yazdı

Sənan Əlləz "Striptiz"dən yazdı
KÖŞƏ
00:50 04.11.2011
5991
Striptiz kişi: on il olar ki, sən ölmüsən. yalnız bir hekayə bu. sənin hekayən. mənim hekayəm. qadın: ölmək bir sənətdir digərləri kimi bənzərsiz bir ustalıqla edirəm bu işi. elə edirəm ki, insana qorxunc gəlir. elə edirəm ki, insana həqiqət duyğusu verir. mən bu mövzuda iddialıyam . kişi: özünü tapardın qırmızıda. mənsə ağrısını hiss edərdim-qabıq bağlamağa başlayan bir yaranın üzərində sarğı bezinin iti kənarı kimi içindəki damara toxuna bilərdim, o qabıqlı parıltıya. qadın: yaralarıma baxmanın bir əvəzi var nəbzimi yoxlamanın həqiqətən atır ürəyim. qərarlıydım ikincisində sonunu gətirməyə və geri dönməməyə bir dəniz qabığı kimi bu üçüncü hələlik nə alçaq iş yox etmək hər on ili kişi: birdən-birə oxuyuram bütün bunları, boğazınla yüksəlib dilindən səhifələrə keçən sənin öz sözlərini, eynilə illər əvvəl qızının səssiz evdə tək başıma çalışdığım otağa havada süzərək girib üzümə baxaraq qarışıqlıq içində "ata, anam hardadı?" deyə soruşması kimi. qadın: bağlanar açıq qalmışsa gözlərin və əriyib gedər kədərindən yeni partiya kartlar paylanıb həyat masasına baxıram lüm-lütsən əynimdəki bu paltara nə deyirsən? kişi: beyninin xəritəsində hələ qara ləkələr var geri çəkilərkən düşmənə qalmasın deyə yandırdığın yerləri göstərən. və sözlərin üzlərini işıqdan qaçıran əsrarəngiz quru dodaqlar. qadın: bax yenə alınmadı hər on ildə bir necəsə tapıram bir yolunu. və mən gülümsəyən qadın daha gənc yaşında pişik kimi doqquz canlı. sənan : gəmi dənizdə dalğaların üzərində hərkət etdikcə, bir maneənin üstündən atladığımı hiss edirdim. ürəyim bulanırdı baş çevirici bir şəkildə bir an, sonra düşdün. ayaqlarıma atdın özünü məni salmaq üçün saldın və ölüb qaldın. bir an içində oldu hər şey. xxxx : budur möhtəşəm striptiz
OXŞAR XƏBƏRLƏR