Senator: "ABŞ-nin yeni sanksiyalarının hədəfi Braziliya, Hindistan və Çin olacaq"

Senator: "ABŞ-nin yeni sanksiyalarının hədəfi Braziliya, Hindistan və Çin olacaq"
DÜNYA
01:32 15.09.2025
293
"ABŞ-nin Rusiyaya qarşı sanksiyaları effekt vermədiyi üçün yeni paketin hədəfi Braziliya, Hindistan və Çin olacaq".

Bu fikri "NBC News" kanalında amerikalı respublikaçı senator Lindsi Qrem bildirib.

Onun sözlərinə görə, Rusiyaya qarşı heç bir sanksiya nəticə verməyib.

"Qeyd edim ki, sanksiyalar haqqında yeni qanun layihəsi Rusiyaya qarşı yönəlməyib. Sənəd Çin, Hindistan, Braziliya, eləcə də ucuz Rusiya nefti və qazını almaqla onu dəstəkləyən digər ölkələrə yönəlib", - Qrem əlavə edib.
 
/Oxu.az
OXŞAR XƏBƏRLƏR