Tramp ABŞ-nin nüvə məsələsi ilə bağlı İranla birbaşa danışıqlar aparacağını bildirib və görüşün şənbə gününə planlaşdırıldığını deyib.
AZXEBER.COM Unikala-a istinadən xəbər verir ki, bu barədə o, İranın nüvə obyektlərinə qarşı hərbi güc tətbiq etmək təhdidlərinə toxunarkən bildirib.
"Biz İranla birbaşa danışıqlar aparırıq və şənbə günü çox böyük bir görüş olacaq. Biz nə baş verəcəyini görəcəyik, hamı razılaşır ki, razılaşma əldə etmək aşkar olanı etməkdən daha yaxşıdır", - deyə Tramp söyləyib.