‘Səndə həkim sifəti var?’ deyən qadını məhkəməyə verdi – onu 2 il həbs etdirdi

‘Səndə həkim sifəti var?’ deyən qadını məhkəməyə verdi – onu 2 il həbs etdirdi
DÜNYA
18:40 05.09.2016
3816

Hadisə Türkiyədə baş verib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, uşağını müayinəyə götürən və növbəsi gəlmədən həkimin otağına daxil olan Kiraz Y. həkimin onu qəbul etmədiyini görüb “səndə həkim sifəti yoxdu.Güzgüyə bax böcək,meymun” deyərək qışqırıb. Bundan əsəbləşən həkim qadını polisə şikayət edib.

Məhkəmədə hər iki tərəfi dinləyən hakim məsələni aydınlaşdırmaq üçün xəstəxananın kamera görüntülərini nəzarətə götürüb. Görüntülərdə qadının həkimi təhqir etdiyi aydın olub və qadın 2 il azadlıqdan məhrum edilib.

Qızılgül

OXŞAR XƏBƏRLƏR