`Səndən cavab gözləyirəm` - Elşən Musayevdən Əli Kərimliyə debat çağırışı

`Səndən cavab gözləyirəm` - Elşən Musayevdən Əli Kərimliyə debat çağırışı
SİYASƏT
04:25 10.07.2015
1408

Azərbaycanda radikal müxalifət mediasının israrla dirəndiyi bir mövzu var: fikir azadlığı və polemika! Bütün qeybətlər, iynəli ismarıclar, atmacalar da məhz bu istiqamətə yönəlib. Ki, qarşı tərəfdən bir insan bizimlə üzbəüz çıxma cəsarətində deyil, iqtidarı təmsil edən hər kəs ünvanladığımız suallardan qaçır, ürkür, yayınır və s ilaxır.

Elə bu minvalla da “facebook” səhifəmdən bütün media əhlinə, ələlxüsus da mövcud siyasi hakimiyyəti hədəfə alan əsas qüvvə — AXCP və onun təbliğatçısı, ictimai rəy yaratma “baza”sı olan mətbuat qurumlarına səslənirəm (ünvanlanıram):

İndiyə qədər kimə müraciət etmisiz, kim qarşınızda durmaqdan çəkinib, burası məni ilgiləndirməz. Ona görə ilgiləndirməz ki, mövcud iqtidarın qanadı altında fırlanan və həmin iqtidarı 5 yox, 3 qəpiyə belə satmağa hazır olan BƏZİ buqələmunları biz də gözəl tanıyırıq. Və onların varlığı ilə yoxluqları arasında heç bir fərq yoxdur. Hətta deyərdim, yoxluqları ilə siyasi camiəyə daha çox tovhə vermiş olardılar.Nəinki var olan (qorxaq) halları ilə…

Onlar bizdən deyillər. Beləcə də bilin bunu. İqtidarı təmsil etməyi ancaq dolanışıq, qazanc mənbəyi kontekstində görənlər bizdən deyillər! Dar gündə, lazımlı anda ortalıqdan əkilənlər bizdən deyillər! İlham Əliyevçiyəm deyib İlham Əliyevin təhqir olunduğu səhifələrə göz yumanlar, fəqət öz adları hallanan kimi dünyanı, aləmi bir – birinə qatanlar bizdən deyillər!

Amma hər şeyə rəğmən biz iqtidarıq. Kimin gözündə necə görünməyimizdən asılı olmayaraq — iqtidarıq. Prezident isə bir simvoldur, atributdur. Yenə də kiminsə bəyənib – bəyənməməyindən asılı olmayaraq…

***

Artıq normal müstəvidə, masa arxasında, təmkinlə, sivil qaydada müzakirə, fikir mübadiləsi aparmağın, daha doğrusu apara bilməyin, söyüş söyməməyin, təhqir yağdırmamağın zamanıdır.Mən hazır! Sizlər də hazırsınızsa, buyurun. Ortalıqdan qaçan, suallarınızdan yayınan, sizinlə üzbəüz gəlməyə ehtiyat edən, sonradan söhbət fırladan namərddir! Öz payıma…Hətta, madam ki, ortalıqda əsas mübahisə predmeti açıq polemikadır, o zaman bir konkret təklifim də var: “Azadlıq” qəzeti, “Meydan Tv” və ya radikal siyasi sektora yaxınlığı ilə seçilən istənilən media orqanında AXCP sədri Əli Kərimli ilə mənim debatım təşkil edilsin. Eyni zamanda adını çəkdiyim mətbuat qurumlarına müsahibə vermək istəyirəm.

Buyurun! Söz azadlığına, fikir plüralizminə “hə” deyirsinizsə, başlayaq. Elə birinci sizdən başlayaq.

***

Mən İlham Əliyevçiyəm. Bir sfətim var. Bundan qürur duyuram.

Prezidentimi və dəstəklədiyim siyasi iqtidarı yaxşı ya da pis, nə cür bacarıramsa müdafiə etməyə hazıram. Səhvimi, yalanımı, riyakarlığımı, ədalətsizliyimi sübut edə bilsəniz, səsimi də çıxarmayacam. Bunu bacarsanız, elə yerindəcə üzümə şappıldadarsız. Amma lütfən artıq “facebook” üzərindən saxta profillərlə, arvad adı ilə deyil, üzbəüz, gözbəgöz olaraq. Yəni, sivil formada!Eyni zamanda boyun olun ki, bütün debat video – lentə alınacaq və mən də sizin liderinizi, getdiyiniz yolu doğru – dürüst faktlarla ifşa edəcək olsam nöqtəsinə, vergülünə toxunmadan yayımlayacaqsınız.Cavab gözləyirəm.

Hörmətlə, Elşən Musayev.Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
4 BÜRCƏ pul yağışı - Həftə sonu gözlənilməz qazanc fürsətləri
12:57 24.05.2025
4 BÜRCƏ pul yağışı - Həftə sonu gözlənilməz qazanc fürsətləri
Afrika Fransanın müstəmləkə mirasını şəhər xəritələrindən silir
12:43 24.05.2025
Afrika Fransanın müstəmləkə mirasını şəhər xəritələrindən silir
Azərbaycan millisinin baş məşqçisi: "Səviyyə baxımından biz İngiltərədən daha yaxşıyıq"
12:33 24.05.2025
Azərbaycan millisinin baş məşqçisi: "Səviyyə baxımından biz İngiltərədən daha yaxşıyıq"
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət etdi
12:19 24.05.2025
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət etdi
Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanıldı
11:59 24.05.2025
Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanıldı
Bəzi rayonlarda leysan yağır - FAKTİKİ HAVA
11:44 24.05.2025
Bəzi rayonlarda leysan yağır - FAKTİKİ HAVA
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlandı
11:35 24.05.2025
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlandı
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq
11:16 24.05.2025
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
11:04 24.05.2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
10:51 24.05.2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
10:34 24.05.2025
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
10:26 24.05.2025
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
10:10 24.05.2025
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
09:53 24.05.2025
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
23:48 23.05.2025
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
23:31 23.05.2025
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir