“Səndən olmayan övlad, mənə lazım deyil” – Milyonların sevimlisi Fəxrəddin Manafovun həyat hekayəsi

ÖZƏL
16:07 06.12.2018
32314
AZXEBER.COM hər həftənin cümə axşamı oxucuların görüşünə gələn "Bizim qonaq” rubrikasını davam etdirir.

Rubrikada oxucular məşhurların keçdiyi həyat yolundan xəbər tutacaqlar. Rubrikanın növbəti qonağı xalq artisti, tanınmış aktyor Fəxrəddin Manafovdur.

Fəxrəddin Manafov kimdir?

"Onlar otağa daxil olan kimi bütün yerdə qalan adamlar ikinci plana keçir. Çox gözəl yumor hissləri var, eyni zamanda özlərini tənha hesab edərlər”. Söhbətin kimlərdən getdiyini yəqin anladınız. Söhbət "Şirlər”dən gedir. Bu zodiak nişanın təsiri altında dünyaya gələn insanlarla münasibəti aydınlaşdırmaq üçün astroloqların cızdığı "yol xəritəsi”ndə belə deyilir.

Fəxrəddin Manafov da bu bürcün hakim olduğu dövrdə - 2 avqust 1955-ci dünyaya gəlib. Hazırda işğal altında olan Xankəndində doğulub boya-başa çatan aktyor mətbuata müsahiblərində ən böyük arzusunun Qarabağa qayıtmaq olduğunu bildirib. 63 yaşlı aktyorun bu arzusunun həyata keçməsi təkcə onun deyil, dövlətini, xalqını, millətini sevən hər bir azərbaycanlının arzusudur.

1980-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirən F.Manafov 1971-1974-cü illərdə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərib. 1989-1993-cü illərdə "Yuğ" Dövlət teatrında aktyor işləyib. 1977-ci ildən bu günədək Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi filmlərə çəkilir. 1987-ci ildə Azərbaycan SSR-nin əməkdar artisti, 2000-ci ildə isə Azərbaycanın xalq artisti fəxri adlarına layiq görülub. 2006-cı ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

O, sadəcə obraz yaratmırdı, onu yaşayırdı

Fəxrəddin Manafov indiyə qədər 50-yə yaxın film və seriallarda rol alıb. Özünəməxsus obrazları canlandıran F.Manafov nəinki öz üzərinə düşən missiyanı ləyaqətlə yerinə yetirib, peşəkar və məharətli yanaşması ilə həmin film və seriallara xüsusi populyarlıq qazandırıb. Məhz elə bu səbəbdən peşəkar rejissorlar ona etimad göstərir, onu öz filmlərinin qəhrəmanına çevirirdilər. Dünya şöhrətli rejissor Rasim Ocaqovla yaratdığı filmlər isə nəinki Azərbaycanda, ölkəmizin sərhədlərindən kənarda da sevə-sevə izlənilir.

"Təhminə” filmi Zaur obrazını canlandıran aktyorun tərəf müqabili Təhminənin (Meral Konrat) melodram həyatından bəhs edir. Məhəbbət dramı onları mühafizəkar cəmiyyətlə qarşı-qarşıya gətirir. Tanınmış professor Zeynallının (Həsən Məmmədov) oğlu atası və anası olmayan Təhminəyə aşiq olur. Milyonlarla insanın indi də sevə-sevə izlədiyi bu film acı sonluqla bitir və Zaurun sevgisini öz üzərində hiss etməyən Təhminənin vaxtsız ölümü ilə nəticələnir.

"Otel otağı” filimində isə dövründə yaşayan alimin başına gələnlərdən bəhs olunur. Məişət problemləri ilə yüklənən, lakin buna baxmayaraq, öz ləyaqətini qorumağa çalışan Kərim müəllim çıxış yolu olaraq ölkəni tərk edir. Türkiyədə işləyib, öz zəhməti ilə qızını gəlin köçürəcəyinə ümid edən professor burada həyatın daha amansız "sifəti” ilə qarşılaşır və aldığı psixoloji zərbələr onun elə oradaca ölümü ilə sonunclanır. Mistik bir otel otağında dünyasını dəyişən professorun son sözü isə daha təsirli olur: "Axı mən qızımı gəlin köçürməliydim”.

Mistika, yoxsa reallıq: Qəribə rollar və qəribə tale...

Bəzən insanlara elə gəlir ki, filankəs xoşbəxt adamdır, nəyi çatmır ki?! Adı-sanı var, hamı tanıyır, müəyyən şərait qurub, daha bundan artıq nə etməlidir ki? Lakin bir insanın həyatına bələd olmayınca onun nələr çəkdiyini, hansı çətinliklərdən keçdiyini anlamaq olur. Bəlkə də, rollarda canlandırdığı obrazlar və bu obrazlar araxasında gizlənən fərqlilik Fəxrəddin Manafovun həyatında baş verənlərin doğurduğu nəticədir? Bəlkə də, o sadəcə rol oynayır və bunun onun yaşadıqlarına heç bir aidiyyatı yoxdur? Bəlkələr çoxdur... Ancaq və lakin reallıq odur ki, qızların "aşiq olduğu” Fəxrəddin Manafovun həyatı heç də rəvan və asan keçməyib.

Bu məqamda qeyd edək ki, Fəxrəddin Manafovun qardaşı Marat Manafov ölkənin ən tanınmış sahibkarlarından olub. Ötən əsrin 90-cı illərinin əvvəllərində Avropada neft ticarəti ilə məşğul olan M.Manafovun sonu da yaxşı olmayıb. Slovakiyada "Marat" futbol klubunu yaradan Marat Manafov neft kontraktları ilə bağlı ilkin danışıqları aparıb. Daha sonra müəmmalı şəkildə Çexiyada yoxa çıxıb. Onun boş BMV-sini işlək vəziyyətdə tapıblar. İndiyə qədər nə baş verdiyini heç kim bilmir.

Fəxrəddin Manafov 30 ildən artıq AZTV-nin diktoru olmuş Vera (Vahidə) Manafova ilə ailəlidir. Yaxınlarda sosial şəbəkələrdə yayılan informasiya isə onların "məhəbbət hekayəsi”ni heç də Manafovun rol aldığı filmlərdən fərqləndirmir. Bəlkə də, o rollardakı personajlardan daha səmimidirlər. Məlumatlarda qeyd olunurdu ki, uzun illərdir ailəli olmasına baxmayaraq, cütlüyün övladı yoxdur. Hətta xanımı aktyora "Get evlən, övladın olsun” desə də, "Səndən olmayan övlad mənə lazım deyil” deyərək, bu müzakirələrə birdəfəlik yekun vurub.

Ötən ay Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku Magazine” jurnalının baş redaktoru Leyla Əliyeva tanınmış aktyordan rəhbəri olduğu jurnal üçün müsahibə götürüb. Müsahibədə bir çox mətləblərə aydınlıq gətirən Fəxrəddin Manafovun söylədiyi fikirlər gənclərə örnək ola bilər. Böyük sənətkar deyir: "Məni məndə demə, Məndə deyiləm, Bir mən vardır məndə, məndən içəri”.

Azər Niftiyev,
AZXEBER.COM
 

 

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:05 28.11.2020

Cavad Zərif iranlı alimin öldürülməsini terror aktı adlandırdı

22:56 28.11.2020

Hikmət Hacıyev: Ermənistan 28 il Ağdamda şəhər genosidi həyata keçirib

22:40 28.11.2020

İƏT-in 57 üzv ölkəsi tərəfindən Ermənistana qarşı qətnamələr qəbul edilib

22:03 28.11.2020

Xoşqədəm koronavirusdan ölən vəkili haqda yazdı - FOTO

21:57 28.11.2020

Füzulidə minaya düşən maşından geriyə qalan mənzərə - Fotolar

21:39 28.11.2020

“Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi - VİDEO

21:19 28.11.2020

Bayrağa hörmətsizlik edən BDU tələbəsi danışdı - VİDEO

20:41 28.11.2020

FRANCE-24 Ağdam haqqında: bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar - VİDEO

19:42 28.11.2020

Tahir Əlirzayevin ölüm səbəbi bəlli oldu

19:10 28.11.2020

Tanınmış vəkil vəfat etdi

18:35 28.11.2020

Daxili İşlər Nazirliyi və Baş Prokurorluqdan əhaliyə XƏBƏRDARLIQ

18:32 28.11.2020

27 il sonra ilk dəfə: Prezidentin köməkçisi “Qarabağ” klubu ilə Ağdamda futbol oynadı - VİDEO

17:45 28.11.2020

Şəhid ailələri və müharibə əlilləri ilə bağlı yeni tədbirlər planı hazırlandı

17:19 28.11.2020

Azərbaycanda 4212 nəfər koronavirusa yoluxdu, 32 nəfər vəfat etdi

17:15 28.11.2020

Füzulidə həlak olanlardan biri baş redaktordur

16:53 28.11.2020

Ərdoğan: “Fələstindən Liviyaya, Dağlıq Qarabağdan Suriyayadək müsəlmanların yanındayıq”