Müğənni Nadir Qafarzadə saç rəngləyən sənətçiləri tənqid edənlərə cavab verib.
Axşam.az-ın məlumatına görə, ifaçı "5/5" verilişində bildirib ki, səhnə adamı hər zaman formada olmalıdır:
"80 yaşlı İosif Kabzon qapqara saçlarladı. Elə bil ki, 15 yaşı var. Səhnə adamı formada olmalıdır, gözəl görünməlidir, saç rəngləməlidir. Saç rəngləyirlər də, pis nəsə etmirlər ki... Buna normal yanaşmaq lazımdır".
Aparıcı Zaur Kamalın Qafarzadəyə "Sənə imkan versələr kimə bir sillə vurardın" sualına Nadir belə cavab verib:
"Çox istədiyim bir insana. Məsələn, sənə bir sillə vurardım. Ərk edərdim. Sən məndən inciməzdin".