"Sənət qalıb bir tərəfə, hər kəs ucuz reklama qaçır"

MAQAZİN
16:01 24.07.2014
1437

“Bugün Azərbaycanda ciddi musiqi dünyası yoxdur”

Kamil Hacıyev: “Musiqimiz toylara həbs olunub”

Türkiyənin məşhur “NO LAND” qrupunun yardıcısı və solisti Kamil Hacıyevin XEBER1.az saytına müsahibəsi

“No Land” neçənci ildən fəaliyyət göstərir?

- Qrupun üzvləri ayrılıqda uzun müddətdir musiqiylə məşğul olsalar da, “No Land” olaraq birlikdə fəaliyyətimiz 2013-cü ildə başladı. Yeni qrup olsaq da iddialarımız böyükdür.

Sizcə sizin bu qədər qısa müddətdə tanınmanızın səbəbi nədir?

- Açığı, bunun məsələ ilə bağlı araşdırma etməyə zamanımız olmadı. Ancaq zənnimcə, bu suala bəzi cavablarım var. Qrupumuzun üzvləri ayrı-ayrı millətlərdən təşkil olunub. Bura türklər, iranlılar daxildir. Qrup üzvlərinin etnik rəngarəngliyi və bu rəngləri doğru şəkildə istifadə etmə qabiliyyətləri yəqin ki, “No Land”-i tez bir zamanda tanıdan faktorlardandır. Bundan başqa, mən deyərdim ki, aramızdakı sevgi dolu müsbət enerjinin də qrupun qısa müddətdə formalaşmasına təsiri var.

Niyə məhz “No Land”?

- Sizin də bildiyiniz kimi qrupumuzun üzv sayısı nisbətən çoxdur. Buna baxmayaraq, bir çox məsələdə fikirlərimiz və hisslərimiz üst-üstə düşür. Bu hisslərdən biri də özümüzü heç bir yerə aid hiss edə bilməməyimizdir. Hara getsək, harada yaşasaq özümüzü qürbətdə hiss edirik! Sahand qrupun adının “No Land” olmasını təklif edəndə, o dəqiqə razılaşdıq. Nə də olsa, bir yersizlik, yurdsuzluq, qürbət hissi bizi tərk etmir ki, etmir…

Qrup üzvlərini tanısaq pis olmazdı…

- Əlbəttə. Mən də bayaqdan bu sualı gözləyirəm. (gülür) Qrupumuzun ağsaqqalı gitarist Mehmet Akif Ersoyla “No Land”-dən əvvəl başqa bir qrupda bir yerdə idik. Yeni bir qrup qurma fikrimiz var idi. Sonra əslən iranlı olan, elektro gitarist Sahand Lesani ilə tanış olduq və bu fikir gücləndi. Çağatay Vural, Can Kalyoncu, Hazal Akkerman ve Unal Can Tüzüner da qrupa daxil olduqdan sonra “No Land” indiki vəziyyətini aldı.Yeni işlərimizdə Fıratcan Gülhan’lada çalışmaya başladıq.

Qrupun əsas məqsədi və hədəfi nədir?

- Söz yazarımız Vuqar Həsəninin bir verilişində “No Land” haqqında dediyi şey yadıma düşdü: “”No Land”-in ən çox xoşuma gələn tərəfi boşboğaz bir iddiasının olmamasıdır. Bu qədər təvazökar bir qrupun böyük proyektlərə imza atmamaq kimi şansı yoxdur…” Mən də Vuqara qatılaraq demək istəyirəm ki, həqiqətən də “No Land”-in əsas məqsədi bəzi kəşf etdiyi hissləri insanlarla bölüşməkdir. Bundan başqa heç bir məqsədimiz yoxdur. Vuqarın dediyi kimi böyük proyektlərə imza atıb-atmayacağımızı isə yəqin ki, zaman göstərəcək.

“Üzümə Bax” mahnınızda “Qəlbin saf qismin öyrəndim bezmişlərdən…” deyirsiniz. Kimdir bu bezmişlər?

- O bezmişlər, hər dövrdə gördüyümüz, kitablarını oxuduğumuz və anlamağa çalışdığımız bezmişlərdir. O bezmişlər ki, ruhumuzu, beynimizi, qəlbimizi, qısaca bizi bizdən daha çox düşünən bezmişlərdir. O bezmişlər ki, əslində çox vaxt dediklərinə fikir verməyərək özümüzü aldatdığımız bezmişlərdir. Düşünməyi o bezmişlərdən öyrənirik və düşündükcə saflaşır, qəlbimizin saf qismini görməyə başlayırıq. Və beləcə də, “Qəlbin saf qismin öyrəndim bezmişlərdən” ağzımızdan süzülərək bir etirafı səsləndirir.Azərbaycanda konsert vermək fikriniz varmı?

Olsa çox gözəl olar! Çox istəyirik Payız fəslində gəlib Bakıda, gözəl məkanların birində konsert verək. Təbii ki, təşkilat komitələri, maraqlı olan festivallar qapımızı döyə bilər (gülür)

Söhbətləşdi Səbuhi Mübarizoğlu Abbasov

OXŞAR XƏBƏRLƏR