Sənətçilər səsvermədə iştirak etdi - FOTOLAR

Sənətçilər səsvermədə iştirak etdi - FOTOLAR
MAQAZİN
12:43 07.02.2024
248
Bir çox sənət adamı bu gün növbədənkənar Prezident seçkilərində iştirak edib.
 
AZXEBER.COM xəbər verir ki, səhərin erkən saatlarından səsvermə məntəqələrinə üz tutan məşhurlar fotolarını sosial media hesablarından yayımlayıblar.
 
Roza Zərgərli fotosunu "Mən səsimi verdim. Hər kəs səsverməyə" şərhi ilə paylaşıb. Onun geyim tərzi də diqqət çəkib.
 
Zamiq Hüseynov da erkən saatlarda səsvermədə iştirak edib. O, fotosunu hekayə bölməsində paylaşaraq "Zəfərə davam" sözlərini qeyd edib.
 
Əməkdar artist Ədalət Şükürov isə səsvermək üçün Dubayda, Azərbaycan Respublikasının Baş Konsulluğuna üz tutub. 
 
Xalq artisti Mənsum İbrahimov da seçki zamanı çəkdiyi fotonu yayımlayıb. O, şərh bölməsinə "Qalib ölkəmiz üçün xeyirli, uğurlu olsun" deyə yazıb.
 
Aysel

 

 

 

 


 

OXŞAR XƏBƏRLƏR