`Şengen rejimi ləğv edilməlidir` -Çexiyanın vitse-prezidenti

`Şengen rejimi ləğv edilməlidir` -Çexiyanın vitse-prezidenti
DÜNYA
16:58 01.09.2015
1195

Avropanın üzləşdiyi ağır miqrant problemilə əlaqədar çıxış edən Çexiyanın vitse-prezidenti Andrey Babis NATO-dan qaçqın axının qarşısını almağı, eləcə də Avropa sərhədlərinin mühafizəsini tələb edib. AZXƏBƏR.COM xəbər verir ki, AzVision.az  Almaniyanın “Der Spiegel” jurnalına istinadən bildirir ki, Babis kütləvi qaçqın axınının Avropa üçün açıq-aşkar böyük bir təhlükə olduğunu deyib və bidirib ki, bu məsələdə mütləq NATO cavabdehliyi öz üzərində götürüb, sərhədlərin təhlükəsizliyini təmin etməlidir. Vitse-prezident Andrey Babis həmçinin təklif edib ki, qaçqın problemi həllini tapmayınca Avropa ölkələri arasındakı “şengen rejimi” müvəqqəti dayandırılmalıdır. Çexiyanın prezidenti Milos Zeman da öz adından İtaliya və Avstriyaya səslənərək sərhədləri daha ciddi müzahfizə etməyi məsləhət bilib.

OXŞAR XƏBƏRLƏR