Yazıçı-publisist Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. “Səni atmaq istəmirəm” adlı şeiri oxucuların ixtiyarına veririk. (Я не хочу тебя бросать) Səni tərk etmək çətin!.. - Mən bunu istəmirəm... amma atıb gedəcəm bu səddi yenməliyəm. Məğlub olmaq üçünmü Oyun oynadın? – Nədən?! Bir sual et özünə - Dərk et bunu dərindən... Neyçin oyuna girdin? Ağ bayraqla bitirdin. Öncədən bilə-bilə, Sən sonunu yetirdin. Bunu bilirdin, əlbət, Amma gözə almadın, Zəfər ciddi addımdır, Sən bunu anlamadın. Yoxdur qalib! – Heç bunu Gətirmə xəyalına. Zəfər sözü çox yaddır Bu oyunun adına... Həyat elə həyatdır Filimlərə aldanma Bəs onda səbəb nədir Təlaşa, həyacana?.. Gözlərinə baxıram – Hislər, duyğular labüd... Sanma mən ürəkdədir Bütün şübhə, tərəddüd... İnanırdın sonunda Hər şey yaxşı olacaq, Hər halda gözləyirdin, İnanmağınsa – nahaq... Sonun axırı budur, Belə də olmalıymış..! Ən sona nöqtə qoyub Yeni həyat başlamış... İtirməksə çətindir, Bunu mən də bilirəm Çünki özüm bu yolu Qarış-qarış gəlirəm... “Bağışla” desəm sənə Yüngüllük taparsanmı? Ən duyğulu anında, İtirdiyini duyub Köksün üstə sıxdığın Bu nazik əllərimi Xahiş eləsəm səndən Açıb buraxarsanmı? “Sızıldama, ağlama!” – Yox, ağlayan deyilsən..! “Unut, yadından çıxart!” – Unudan da deyilsən... Xahiş edirəm, süzmə Həsrətli gözlərinlə... Yanaşı olanda da Təkdin öz aləmində... Az da olsa, əqlimi, Başımdan eyləmişdin. Səni mən Məcnun etdim; Etirafda gecikdim..? Lap boynuma alsam da, günahımı – nə fayda?.. Günahlar silinəcək gün üfüqdən baxanda... Sən də qeyb olacaqsan, Günahlarla birlikdə... Təlaşlanma, yellənmə qürubun yedəyində. Mən sənə “yox!” deyirəm “Yox” mövcud olmasa da... Yolasa tək çıxıram Həyacanlar sarsa da... Aramızda uçurum – Dərinliyi bir ümman. Torpaq tökmə – bitişməz Heç cəhd etmə, ay oğlan. Gedirəm, qəzəbliyəm, Kinim – oddan-alovdan..! Addımlarımsa kövrək, Arxasında bir inam... Rus dilindən çevirəni: Mahir Qabiloğlu