Müğənni Cavidan Novruz ilin ilk günlərində sosial şəbəkə hesabında diqqət çəkən paylaşım edib.
AZXEBER. COM xəbər verir ki, sənətçi dəyər verdiyi və dost bildiyi bəzi insanların onu məyus etdiyini bildirib.
Cavidan bəzi dostların vəfasızlığından gileylənib:
"Bu ilin ilk günlərində bəzi dəyər verdiyim, sığındığım, dost bildiyim, əlim çatan insanlar var idi ki, bu gün rahatlıqla deyə bilərəm: 3–4 adam sizə "bir quş"... Həqiqətən də məni çox məyus edən insanlar oldu. Elə ilin ilk günlərindən yaxşı ki, əsl üzünüzü görə bildim, çox sağ olun!
"Səni çox istəyirəm” deyən hər insana inanmayın. Bəziləri sadəcə öz mənfəətini güdür, istifadə edir. Heyif… Sizlərə etdiyim jestlərə, ürək qoyub, kömək etdiyim işlərə heyif. Bir daha anladım ki, insan budur".
Aysel








































