"Səni sevməkdən qorxuram" - Sevgi şeirləri

"Səni sevməkdən qorxuram" - Sevgi şeirləri
MARAQLI
15:31 14.02.2014
2841

Sevgisən, nəsən...

Qonub könlümüzün sarayına sən, Gah qəhqəhə çəkir, gah qəmlənirsən. Eşqsən, məhəbbətsən, sevgisən, nəsən – Bizə gizli-gizli nələr deyirsən?

Qeys Leyli eşqiylə Məcnun oldumu? Züleyxa Yusifçün saçın yoldumu? Sənanın tutduğu doğru yoldumu – Ən doğru olanı sən söyləyirsən.

Ən gözəl musiqi, bilirsən, nədir – Qəlbin tellərində dinən nəğmədir. Mizrabı duyğudur – öz əlindədir, Nəğməni də özün bəstələyirsən.

Gah sevinc payladın, gah qüssə, kədər. Görən, qaytardınmı aldığın qədər?.. Bu dünya sənindir, biz gəldi-gedər – Hələ ki qonağıq, əzizləyirsən...

Mənə divanə deyirlər

Gözlərini görməyənlər Mənə divanə deyirlər. Qəm köynəyi geyməyənlər Mənə divanə deyirlər.

Əridim həsrət çəkməkdən, Saçlarım ağardı dən-dən. Dərdimə əlac etməkdən Mənə divanə deyirlər.

Dəyişdi ömrün axarı – Bu sevdanın yox axırı. Məcnunu yaddan çıxarıb Mənə divanə deyirlər.

Səni sevməkdən qorxuram

Yaşım daha o yaş deyil – Qardan, küləkdən qorxuram. Eşq yaşıma yoldaş deyil – Səni sevməkdən qorxuram...

Hardan gəldin ürkək-ürkək, Duyğulandı donmuş ürək. Yazdan qorxan qartək, buztək Səni sevməkdən qorxuram.

Aylar, illər gözləmişdim, Arzularda bəsləmişdim. Beləsin istəməmişdim – Səni sevməkdən qorxuram.

Qorxu məni eyləyib lal, Min gümana çəkir xəyal. Oxşa məni, könlümü al, Səni sevməkdən qorxuram...

Sədaqət Əhmədova

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu
KİV: İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri Suriya ilə birbaşa danışıqlar aparır
20:55 24.06.2025
KİV: İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri Suriya ilə birbaşa danışıqlar aparır