Səni tək buraxmayacağam - ŞEİR

Səni tək buraxmayacağam - ŞEİR
KÖŞƏ
01:32 01.03.2012
10159
Əhməd ŞahidovFırtınalar, küləklər əsir həyatımdaYollar ayrılır, seçim qarşısındayamTək deyiləm daha, sən varsan həyatımdaBöyük bir sevginin astanasındayam.Təklik məni də sıxır, səni dəAyrılıq məni də üzür, səni dəSanki dərdlər, qorxular üstümüzə gəlirAmma qorxmasevgilim,mən çıxacam qarşılarınaQoy dərdlər mənim olsun, qorxmayacamNə olursa olsun,Səni tək buraxmayacam!İnsan həyatda bir dəfə sevir,Bir dəfə xoşbəxt oluruq, sadəcə bir dəfəAllah da bizlərə bir ömür veribYaşayaq, sevək və sevilək deyəBir dəfə gəlirik bu həyata.Qədrini bilək bu sevginin, bu həyatınAllahın bəxş etdiyi xoşbəxtçiliyinYorulmayaq sevməkdən, usanmayaq gözləməkdənQorxmayaq tək qalmaqdan, doymayaq sevilməkdənTək qaldınsa mənə zəng elə, səsini eşidimYoruldunsa, danış mənimlə, rahatlarsanDarıxanda sadəcə bir mesaj yazHəmən cavab yazaram!Səsinə səs verərəm sənin!Harda olsam da, sənin yanına gələcəmQoruyacam səni hamıdan, hər kəsdənBahardakı quşlar tək, yanına uçacamSəni tək buraxmayacam!Gecələr yuxuna gələcəm, danışacam səninləGah tənqid edəcəm, gah da tərifləyəcəm səniHər nə edəcəmsə, yaxşılığın üçün edəcəmTək səninçün yaşayacam həyatdaSəni sevmək, qorumaq və yaşatmaq üçünYaşayacam!Hər gün namazımda sənə dualar edəcəmTez-tez səni xatırlayacamSənə zənglər edəcəmGecələr yuxuda sənin adını çəkəcəmŞəklini qucaqlayıb yuxuya gedəcəmHarda bir xoş üz görsəm sən yadıma düşəcəksənHarda bir xoş səs eşitsəm, səni xatırlayacamÖzünü tək sanma heç zaman, sevgilimTək qalmana razı olmayacamSəni tək buraxmayacam!Səni itirə bilmərəm, sevgilim, ölərəmSənə nəsə olsa, dözə bilmərəmSəni yadların, özgələrin ətrafındadüşmənlərin qarşısında tək və çarəsizburaxa bilmərəm, sevgilim!Hara getsən, kölgə olub, arxanda olacamNə vaxt səsləsən, işıq sürətilə yanına qaçacamSənə bir şey olsa, özümü oda, közə yaxacamSən ölsən, öləcəm!Sən qalsan, qalacam!Yer də, Göy də bir olsa,Səni tək buraxmayacam!Allah səni məndən alsa,Son mənzilə yola salsa,Sevgilim, lap məzarda da olsaSəni tək buraxmayacam!Deyirlər, insanlar axirətə sevdikləri ilə gedərMən cənnətdə də səni tək buraxmayacam!29 Fevral 2012-ci il, saat 15:25, Moskva, Rusiya Federasiyası

Əhməd Şahidovun "Səni tək buraxmayacam" şeiri 

OXŞAR XƏBƏRLƏR