Şənlikdə videosu yayılan Finlandiya baş nazirinin narkotik testi mənfi nəticələndi

Şənlikdə videosu yayılan Finlandiya baş nazirinin narkotik testi mənfi nəticələndi
DÜNYA
23:50 22.08.2022
453
Finlandiyanın baş naziri Sanna Marinin qalmaqal fonunda verdiyi narkotik testi mənfi nəticə verib.

Nəticələri Finlandiya hökumətinin mətbuat xidməti açıqlayıb.

Xidmətin məlumatına görə, baş nazir narkotik testinin xərcini öz vəsaiti hesabına ödəyib.

Qeyd edək ki, mediada baş nazir və dostlarının iştirakı ilə əyləncə məclisindən yayılan görüntülər Finlandiya ictimaiyyətində ciddi narazılığa səbəb olub. Hökumət başçısının narkotik maddələrin təsiri altında olduğu ehtimal edilib.
OXŞAR XƏBƏRLƏR