Seno Klosi: Azərbaycan Albaniyanın enerji sektorunda strateji tərəfdaşıdır

Seno Klosi: Azərbaycan Albaniyanın enerji sektorunda strateji tərəfdaşıdır
Siyasət
22:22 15.05.2025
1390
Azərbaycan Albaniyanın enerji sektorunda strateji tərəfdaşıdır.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, bunu Albaniyanın infrastruktur və energetika nazirinin müavini Seno Klosi bildirib.

"Albaniya 2026-cı ildə Azərbaycandan idxala başlamaq məqsədilə qazın tədarükü və energetikada istifadəsi üçün mümkün yolları araşdırmağa çalışır. Ölkəmiz həmçinin Azərbaycanla bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın inkişafında maraqlıdır”, – o, agentliyin sualını cavablandırarkən jurnalistlərə deyib.

Nazir müavininin sözlərinə görə, Albaniya enerji sektorunda yüksək inkişaf tempi nümayiş etdirsə də, qazlaşdırma sahəsində hələ də geri qalır.

"Albaniya dinamik inkişaf edən enerji sektoruna malik bir ölkədir, lakin qaz sahəsində geri qalır”, – Klosi vurğulayıb.

O qeyd edib ki, Azərbaycanla əməkdaşlıq Albaniyaya öz enerji sistemini genişləndirmək və modernləşdirmək üçün imkanlar yaradır.

"Məhz buna görə də biz Azərbaycandan qaz tədarükünü strateji layihə kimi nəzərdən keçiririk və enerjinin digər istiqamətlərində də qarşılıqlı fəaliyyəti inkişaf etdirməyi planlaşdırırıq”, – o əlavə edib.

Klosi həmçinin bildirib ki, SOCAR-ın dəstəyi ilə Albaniya biznes planının hazırlanması da daxil olmaqla layihənin ilkin mərhələsini tamamlayır.

"Biz hər iki ölkənin malik olduğu təcrübə və potensialın, eləcə də ümumiyyətlə enerji sahəsində toplanmış biliklərin mübadiləsi yolu ilə əməkdaşlığımızı genişləndirməyə çalışırıq”, – albaniyalı məmur söyləyib.

Nazir müavini vurğulayıb ki, Albaniya artıq günəş batareyaları və külək stansiyaları da daxil olmaqla bərpa olunan enerji mənbələrindən fəal şəkildə istifadə edir. "Gələcək bunlardadır. Lakin belə texnologiyaları idarə etmək asan deyil və biz Azərbaycanla möhkəm və səmərəli əməkdaşlıq qurduğumuza görə şadıq”, – deyə Klosi açıqlamasını yekunlaşdırıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Putin Modi ilə görüşmək üçün Hindistana səfər edəcək
19:24 01.10.2025
Putin Modi ilə görüşmək üçün Hindistana səfər edəcək
Beynəlxalq Qızıl Xaç Komitəsi Qəzzada fəaliyyətini dayandırıb
19:11 01.10.2025
Beynəlxalq Qızıl Xaç Komitəsi Qəzzada fəaliyyətini dayandırıb
Gürcüstanda əcnəbilərlə bağlı sərt qaydalar qüvvəyə minib
18:59 01.10.2025
Gürcüstanda əcnəbilərlə bağlı sərt qaydalar qüvvəyə minib
Rusiyada alkoqoldan zəhərlənərək ölənlərin sayı artır
18:46 01.10.2025
Rusiyada alkoqoldan zəhərlənərək ölənlərin sayı artır
Qırğızıstanda ölüm cəzasının tətbiq edilməsi təklif olunub
18:30 01.10.2025
Qırğızıstanda ölüm cəzasının tətbiq edilməsi təklif olunub
G7 Rusiyaya qarşı sanksiyaları gücləndirir
18:13 01.10.2025
G7 Rusiyaya qarşı sanksiyaları gücləndirir
Xankəndi məktəbinin direktoru işdən çıxarıldı
18:09 01.10.2025
Xankəndi məktəbinin direktoru işdən çıxarıldı
“”Qarabağ” bu hesabla qalib gələcək” - Aqil Abbas proqnozunu açıqladı
17:50 01.10.2025
“”Qarabağ” bu hesabla qalib gələcək” - Aqil Abbas proqnozunu açıqladı
Naxçıvanda anasının qətlində ittiham edilən şəxsə hökm oxunub
17:33 01.10.2025
Naxçıvanda anasının qətlində ittiham edilən şəxsə hökm oxunub
MEDİA “TRT”nin əməkdaşının Qəzzada həlak olması ilə bağlı başsağlığı verib
17:11 01.10.2025
MEDİA “TRT”nin əməkdaşının Qəzzada həlak olması ilə bağlı başsağlığı verib
Gürcüstanda seçkiyə 3 gün qaldı: Qonşu ölkədə nə gözlənilir?
17:08 01.10.2025
Gürcüstanda seçkiyə 3 gün qaldı: Qonşu ölkədə nə gözlənilir?
"Survivor"un iştirakçısı məşhur aktyorun anası vəfat etdi
17:02 01.10.2025
"Survivor"un iştirakçısı məşhur aktyorun anası vəfat etdi
“Qırmızı Körpü”də gömrükdən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib
16:56 01.10.2025
“Qırmızı Körpü”də gömrükdən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib
"İtaliya-Azərbaycan Universiteti aparıcı təhsil ocaqlarından birinə çevriləcək"
16:54 01.10.2025
"İtaliya-Azərbaycan Universiteti aparıcı təhsil ocaqlarından birinə çevriləcək"
"Muğam müsabiqəsinin iştirakçılarının hər uğurunda bizim imzamız var" - Xalq artisti
16:54 01.10.2025
"Muğam müsabiqəsinin iştirakçılarının hər uğurunda bizim imzamız var" - Xalq artisti
“Burada oxuyan tələbələrin gələcəyi İtaliya ilə bağlı olacaq”
16:53 01.10.2025
“Burada oxuyan tələbələrin gələcəyi İtaliya ilə bağlı olacaq”