Şenol Günəş: "Bakıda öz meydanımızda oynayacağıq"

Şenol Günəş: "Bakıda öz meydanımızda oynayacağıq"
İDMAN
23:46 30.11.2019
6879
Türkiyə yığmasının baş məşqçisi Şenol Günəş Avro-2020-nin final mərhələsi çərçivəsindəki ev oyunlarından ikisinin Bakıda keçiriləcəyinə münasibət bildirib.

O, Türkiyə mətbuatına açıqlamasında əvvəldən Bakıda oynamağı istədiklərini deyib:

"Xeyirli olsun. Biz də Bakını istəyirdik. Azərbaycanda öz meydanımızda oynayacağıq. Buraya gəlmək bizim üçün xüsusi önəmli idi. Qürurvericidir. İnşallah, qrupdan çıxaraq daha gözəl günlər görəcəyik”.

Qeyd edək ki, Türkiyə millisi A qrupunda İtaliya, Uels və İsveçrə yığmaları ilə mübarizə aparacaq. "Ay-ulduzlular” iyunun 17-də Uels, iyunun 21-də isə İsveçrə ilə Bakıda qarşılaşacaq.
 
///Offsideplus.az 
OXŞAR XƏBƏRLƏR