Şəntop: "Laçının Azərbaycanın nəzarətinə keçməsinin regiondakı sülhə töhfə verəcəyini arzu edirik"

Şəntop: "Laçının Azərbaycanın nəzarətinə keçməsinin regiondakı sülhə töhfə verəcəyini arzu edirik"
SİYASƏT
17:55 26.08.2022
358
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsinə münasibət bildirib.

AZXEBER.COM xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.

"Laçın şəhəri və ətrafındakı 2 kəndin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Azərbaycana qayıtmasını məmnuniyyətlə qarşılayırıq. Bunun Cənubi Qafqazda sülh və sabitliyin təsis olunmasına, regiondakı normallaşma prosesinə təsir edəcəyini arzu edirik”, - Mustafa Şəntop vurğulayıb.
OXŞAR XƏBƏRLƏR