Sentyabrda evlənmək istəyən 7 nəfərdə QİÇS aşkarlandı

SAĞLAMLIQ
16:34 06.10.2017
1700

Respublika üzrə sentyabr ayında 8843 nəfər nikahdan əvvəl tibbi müayinədən keçib.

Mərkəzi Qan Bankından verilən məlumata görə, müayinələrdən keçmiş şəxslərdən 240 nəfərdə talassemiya daşıyıcılığı, 26 nəfərdə sifilis, 7 nəfərdə isə QİÇS aşkar olunub. 

Qeyd edək ki, nikahdan əvvəl tibbi müayinə zamanı hər bir vətəndaşdan alınan qan nümunəsi 4 infeksiyaya (Hepatit B, Hepatit C, HİV və Sifilis) qarşı yoxlanılır. 

OXŞAR XƏBƏRLƏR