Sentyabrda yay istiləri geri qayıdır

MARAQLI
02:03 28.08.2011
1444

Sentyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasından bir qədər yüksək olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata respublikada ay ərzində yağıntılar qeyri-bərabər paylanacaq. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun müsbət 22-24 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir. Havanın temperaturu gecələr müsbət 15-20 dərəcə, ayın birinci yarısında müsbət 23 dərəcəyədək, gündüzlər ayın birinci yarısında 27-32 dərəcə, ayrı-ayrı günlərdə 35-39 dərəcəyədək, ayın ikinci yarısı isə müsbət 22-26 dərəcə olacaq. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 7-23 millimetr), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir. Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun müsbət 23-25 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu müsbət 11-16 dərəcə, ayın birinci yarısında müsbət 18-20-dək, gündüzlər ayın birinci yarısında 32-35 dərəcə, ayrı-ayrı günlərdə müsbət 37-40 dərəcə, ayın ikinci yarısında 27-30 dərəcə təşkil edəcəkdir. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 7-13 millimetr) olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında temperaturun müsbət 15-17 dərəcə olacağı gözlənilir ki, bu da orta aylıq temperaturun iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Havanın temperaturu gecələr müsbət 10-15 dərəcə, ayın birinci yarısında müsbət 19 dərəcəyə yaxın, gündüzlər ayın birinci yarısında müsbət 21-25 dərəcə, ayrı-ayrı günlərində müsbət 28-33 dərəcə, ayın ikinci yarısında müsbət 16-21 dərəcə olacağı gözlənilir. Aylıq yağıntı miqdarı iqlim normasına yaxın, (norma 7-13 millimetr) olacaq. Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayılda aylıq temperaturun müsbət 22-24 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasından yüksəkdir. Havanın gecələr müsbət 14-19 dərəcə, ayın birinci yarısında müsbət 23 dərəcəyə yaxın, gündüzlər ayın birinci yarısında 27-32 dərəcə, ayrı-ayrı günlərdə müsbət 34-36 dərəcə, ayın ikinci yarısında müsbət 22-26 dərəcə olacaq. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 17-44 millimetr), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir. Balakən-Zaqatala- Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı- Şamaxı-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz zonalarında temperaturun müsbət 19-22 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Hava gecələr müsbət 10-15 dərəcə, ayın birinci yarısında müsbət 17-22 dərəcəyə yaxın, gündüzlər ayın birinci yarısında müsbət 26-31 dərəcə, ayrı-ayrı günlər 33-37 dərəcə, ayın ikinci yarısında müsbət 19-24 dərəcə təşkil edəcək. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 33-120 millimetr), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir. Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında temperaturun müsbət 23-25 dərəcə olacağı gözlənilir bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın müsbət 17-22 dərəcə, ayın birinci yarısında müsbət 30-33 dərəcə, ayrı-ayrı günlərdə 36-39 dərəcə, ayın ikinci yarısında müsbət 24-29 dərəcə təşkil edəcəyi ehtimal olunur. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 14-38 millimetr), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir. Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı zonasında temperaturun müsbət 22-24 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Havanın gecələr müsbət 15-20 dərəcə, gündüzlər ayın birinci yarısında müsbət 27-30 dərəcə, ayrı-ayrı günlərində 33 dərəcəyədək yüksələcəyi, ayın ikinci yarısında müsbət 22-25 dərəcə olacağı gözlənilir. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 50-199 millimetr), bəzi yerlərdə çox olacağı ehtimal var.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura

16:33 12.02.2025

Xudayarın anasını təhqir edən şəxs həbs olundu