Sentyabrın 11-də törədilən terror aktında ölən daha iki nəfərin şəxsiyyəti məlum olub

Sentyabrın 11-də törədilən terror aktında ölən daha iki nəfərin şəxsiyyəti məlum olub
DÜNYA
18:07 11.09.2023
285
2001-ci il sentyabrın 11-də ABŞ-da törədilən hücumlarda həyatını itirən daha iki nəfərin şəxsiyyəti müəyyən edilib.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Nyu-York rəsmiləri 3 min insanın ölümünə səbəb olan ölkə tarixindəki ən böyük hücumun 22-ci ildönümündə  şəxsiyyəti müəyyən edilən iki nəfərin cənazəsini ailələrinə təhvil verildiyini açıqlayıb.

Şəhərin baş həkimi Dr. Jason Graham qalıqları geri qaytarmaq üçün ciddi öhdəlikləri yerinə yetirməkdə qərarlı olduqlarını bildirib.

Hücumda indiyədək həyatını itirən 1649 nəfərin şəxsiyyəti DNT testləri ilə həyata keçirilib. Bu prosesin davam etdiriləcəyi qeyd edilib.

Şəbnəm
OXŞAR XƏBƏRLƏR