SEPAH ABŞ-nin daha bir MQM-170 dronunu ələ keçirdiyini bildirib

SEPAH ABŞ-nin daha bir MQM-170 dronunu ələ keçirdiyini bildirib
DÜNYA
09:14 31.10.2026
226
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı yaxınlığında, Keşm adası üzərində ABŞ-yə məxsus daha bir MQM-170 kəşfiyyat pilotsuz uçuş aparatını ələ keçirdiyini açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, hərbçilərin bəyanatını İranın dövlət teleradio şirkəti IRIB yayıb.

"ABŞ-yə məxsus MQM-170 kəşfiyyat pilotsuz uçuş aparatı SEPAH-ın Aerokosmik Qüvvələrinin qabaqcıl radioelektron mübarizə sistemlərinin köməyi ilə Keşm adası üzərində vurulub. Beləliklə, aparat artıq ikinci dəfə SEPAH-ın elit bölmələrinin əlinə qənimət kimi keçib", – məlumatda bildirilib.

Cümə axşamı SEPAH Hörmüz boğazının qərb hissəsində ABŞ-yə məxsus MQM-170 pilotsuz uçuş aparatının idarəetməsini ələ keçirdiyini bildirmişdi.

Həmin vaxt ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu məlumatı yalan adlandırmışdı.
OXŞAR XƏBƏRLƏR