SEPAH BƏƏ-yə xəbərdarlıq edib

SEPAH BƏƏ-yə xəbərdarlıq edib
DÜNYA
13:56 14.03.2026
231
İran Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şəhərlərindəki raket buraxılış yerlərini vurmağı qanuni hesab edir.

Bu barədə SEPAH-ın "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının sözçüsü bildirib.

Onun sözlərinə görə, BƏƏ şəhərlərindəki dəniz limanlarında və hərbi bunkerlərdə yerləşən Amerika raket buraxılış məntəqələrini vura bilərlər.

"BƏƏ-nin müsəlman əhalisini hər hansı bir zərər görməmələri üçün şəhərlərdəki limanları və ABŞ sığınacaqlarının yerləşdikləri bölgələri tərk etməyə çağırırıq”, - qeyd olunub.
OXŞAR XƏBƏRLƏR