SEPAH HƏMAS lideri İsmayıl Haniyənin ölümünə görə qisas alınacağı barədə növbəti dəfə bəyanat verib.
AZXEBER.COM axar.az-a istinadən xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
Bəyanatda qeyd olunub ki, İsrail lazım olan anda törətdiyi əməlin ağırlıq dərəcəsinə uyğun olaraq ən sərt şəkildə cəzalandırılacaq.