SEPAH-ın helikopteri qəzaya uğrayıb, yaralananlar var

DÜNYA
15:11 30.10.2024
135
SEPAH-ın helikopteri qəzaya uğrayıb, yaralananlar var.

Bu barədə İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) ictimaiyyətlə əlaqələr bölməsi məlumat yayıb.

Məlumata görə, SEPAH-ın Hərbi Hava Qüvvələrinə məxsus helikopter təlim tapşırığını yerinə yetirən zaman Fars vilayətinin Zərindəşt şəhəri yaxınlığında qəzaya uğrayıb.

Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Yaralılar xəstəxanaya çatdırılıb.
 
///apa

OXŞAR XƏBƏRLƏR