SEPAH-ın komandiri Beyrutda itkin düşdü

SEPAH-ın komandiri Beyrutda itkin düşdü
DÜNYA
09:04 07.10.2024
279
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" Qüvvələrinin komandanı İsmayıl Qaani ilə əlaqə kəsilib.

AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, iranlı komandan İsrailin ötən gün Beyruta hava zərbələrindən sonra yoxa çıxıb.

Sonuncu dəfə Tehranda cümə namazında görüntülənən İsmayıl Qaaninin daha sonra Livana getdiyi və bundan sonra onunla əlaqə kəsildiyi deyilir.

İran rəsmiləri hələlik onun sağ olub-olmadığına dair rəsmi açıqlama verməyib.
OXŞAR XƏBƏRLƏR