SEPAH: İrandan xəbərsiz Hörmüzdən keçmək istəyən neft tankeri partladılıb

SEPAH: İrandan xəbərsiz Hörmüzdən keçmək istəyən neft tankeri partladılıb
DÜNYA
20:11 17.10.2026
237
İranın icazə vermədiyi marşrutla Hörmüz boğazından keçməyə cəhd edən daha bir neft tankeri minaya düşərək partlayıb.

Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Bildirilib ki, gəmi iki milyondan çox barrel neft daşıyırmış.

Qeyd edək ki, oktyabrın 13-ü və 14-də Hörmüz boğazı akvatoriyasında Sinqapurda qeydiyyatdan keçmiş iki konteyner gəmisinin iştirakı ilə də insidentlər qeydə alınıb.
 
///teleqraf///
OXŞAR XƏBƏRLƏR