Kramatorsk şəhərində 40 separatçı öldürülüb.ANS PRESS-in məlumatına görə, bunu Ukrayna Hərbi-Siyasi Təhqiqatlar Mərkəzinin rəhbəri Dmitri Timçuk deyib. Onun sözlərinə görə, ötən gecə Kramatorskda gedən qızğın döyüşlərdə separatçılara ağır zərbə vurulub.Timçuk bildirib ki, rusiyameyilli silahlı üsyançılar qəfildən Kramatorsk şəhər aerodromuna hücuma keçib. Separatçılar snayper və minomyotlardan istifadə edib. Lakin uğursuzluğa düçar olublar.