Əfsanəvi müğənni Şer ömürlük nailiyyətləri və musiqi sənətinə müstəsna töhfələrinə görə xüsusi "Qremmi" ömürlük nailiyyət mükafatına layiq görüləcək.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Şer həmçinin Karlos Santana, Pol Saymon və Çaka Xanla yanaşı fəxri heykəl mükafatı da alacaq.
Fela Kuti və Uitni Hyuston isə ölümündən sonra bu mükafatlara layiq görüləcəklər.
Mərasim 31 yanvar 2026-cı ildə, əsas "Qremmi" mərasimindən bir gün əvvəl keçiriləcək.
Qeyd edək ki, qlobal pop mədəniyyəti ikonası sayılan Şer, karyerası ərzində Oskar, Emmi, Qremmi, Qızıl Qlobus, Kann Qızıl Palma Budağı və moda sahəsində xüsusi CFDA mükafatı da daxil olmaqla 250-dən çox beynəlxalq mükafat alıb.
Aysel









































