"Serbiya ilə əməkdaşlığımız xüsusi əhəmiyyət kəsb edir"

"Serbiya ilə əməkdaşlığımız xüsusi əhəmiyyət kəsb edir"
SİYASƏT
11:02 12.12.2023
250
Dekabrın 10-da Azərbaycan dövlət başçısı cənab İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçin dəvəti ilə Serbiyayada bir günlük işgüzar səfərdə olub. Səfər çərçivəsində prezidentlərin təkbətək və geniş tərkibdə görüşləri oldu. Elə həmin gün Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan, Serbiya, Bolqarıstan prezidentləri İlham Əliyev, Aleksandar Vuçiç və Rumen Radev iştirak ediblər. Bu açılış mərasimin ardınca Azərbaycan və Bolqarıstan dövlət başçılarının təkbətək görüşü olub. 

Azərbaycan Prezidentinin Serbiyaya səfərini, orada keçirdiyi görüşlərin böyük əhəmiyyətə malik olduğunu vurğulamaq istəyirəm. Serbiya ilə çoxtərəfli müttəfiqlik, strateji münasibətlər ölkəmizin Avropa, əsasən də Balkan dövlətləri ilə bağlı siyasətinin prioritet istiqamətidir. Prezident cənab İlham Əliyev indiyə qədər Serbiyaya səfərlər edib eyni zmanda, Aleksandr Vuçiç də dəfələrlə bizim ölkəmizə gəlib. Hər iki dövlət beynəlxalq platformalarda da bir-birini dəstəkləyir, ələxüsus ərazi bütövlüyü məsələsində Bakı ilə Belqrad eyni mövqedən çıxış edir.

Qeyd edim ki, ölkələr arasında iqtisadi təmasların da gündəmin əsas mövzusudur.  Serbiya şirkətləri Azərbaycanda təmsil olunurlar, bizim bu ölkəyə kapital yatırımlarımız var, Serbiyanın infrastruktur layihələrində iştirak edirik. Bu müstəvidə Azərbaycanın Serbiyanın əsas qaz tədarükçüsünə çevrilməsinin xüsusi əhəmiyyəti var. Biz hazırda mavi yanacaq təminatı ilə bağlı Avropanın 10-a yaxın dövləti ilə işbirliyindəyik. Gürcüstandan başlayan yolumuz Serbiya, Albaniyayadək uzanır. Bu kəmərlər şəbəkəsində Serbiya ilə əməkdaşlığımız fikrimcə, xüsusi əhəmiyyət kəsb edir, çünki bu ölkə vasitəsilə qitənin enerji təhlükəsizliyinin təmin olunmasında rolumuzun coğrafiyası daha da genişlənəcək. Yeri gəlmişkən, son interkonnektorun istifadəyə verilməsi bunun göstəricisidir. 

Hazırda gündəmdə dayanan məsələlərdən biri də Azərbaycanda əldə edilmiş yaşıl enerjinin Qara dənizin dibindən çəkiləcək xüsusi xətt ilə Gürcüstan vasitəsilə Rumıniya və Macarıstana ötürülməsidir. Biz bu yolla Şərqi Avropanın iki mühüm ölkəsini elektrik enerjisi ilə təmin edəcəyik. Bu, onların enerji təhlükəsizliyinə bir töhfə olacaq. Güman edirəm ki, bu layihə icra olunduqca tək Rumıniya və Macarıstanla məhdudlaşmayacaq, əsasən Avropanın şərqində yerləşən ölkələr hesabına daha da genişlənəcək. Bizim bərpa olunan enerji sahəsində olduqca böyük potensialımız var. Üstəlik, indi məlumatlar var ki, Orta Asiyanın qardaş türk dövlətləri də ekoloji cəhətdən təmiz enerjinin istehsalına başlamaq niyyətindədirlər. Bu enerjinin ixracı Azərbaycan üzərindən həmin xətt vasitəsilə Avropaya ixrac oluna bilər. Düşünürəm ki, bizim ixracatçı kimi başlıca rol oynadığımız bu layihəyə gələcəkdə Serbiya da qoşula bilər. Bir sözlə, siyasi  müttəfiq və iqtisadi tərəfdaş kimi əməkdaşlıq imkanlarımız çoxdur.

Ən nəhayət, səfər çərçivəsində İlham Əliyev və Aleksandar Vuçiç hərbi texnika və avadanlıqlara baxıblar. Bu ölkənin müdafiə sənayesi komplekslərində idarə olunan raket sistemlərinin istehsalı da inkişaf edib. Düşünürəm ki, Serbiya bir çox ölkələrə, xüsusən də Pakistana və digər xarici dövlətlərə silah, texniki avadanlıq ixrac edir. Görünür ki, Azərbaycandan qaz ixrac edən Serbiya iqtisadi əməkdaşlığın hərbi əməkdaşlıq müstəvisinə keçməsində maraqlıdır və buna görə də Prezident cənab İlham Əliyevin səfəri çərçivəsində silah-sursatın nümayişi təşkil olunub. 
 
Sonda bildirmək istəyirəm ki, Azərbaycanda həyata keçirilən siyasətin əsas məqsədlərindən biri də dünya birliyinə inteqrasiyanın daha da genişləndirilməsindən ibarətdir.

Fərhad MÖHBALIYEV
İqtisad üzrə fəlsəfə doktoru

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
14:09 13.03.2026
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
14:06 13.03.2026
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
13:59 13.03.2026
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
13:57 13.03.2026
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
13:54 13.03.2026
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
13:53 13.03.2026
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
13:44 13.03.2026
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
13:38 13.03.2026
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
13:18 13.03.2026
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
13:13 13.03.2026
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
Bu ailələrə hər ay 422 manat verilir
13:09 13.03.2026
Bu ailələrə hər ay 422 manat verilir
“50 minə yaxın müəllimin ixtisar riski yaranır”
13:07 13.03.2026
“50 minə yaxın müəllimin ixtisar riski yaranır”
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin​” -  Deputatdan təklif
12:51 13.03.2026
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin​” - Deputatdan təklif
Raul Ramazanov Vəkillər Kollegiyasından çıxarıldı
12:38 13.03.2026
Raul Ramazanov Vəkillər Kollegiyasından çıxarıldı
Fazil Mustafa: Bakıda güclü yağış yağan kimi Balaxanı-Zabrat gölü yaranır
12:33 13.03.2026
Fazil Mustafa: Bakıda güclü yağış yağan kimi Balaxanı-Zabrat gölü yaranır
Baş nazir quru sərhədlərinin bağlı olmasından danışdı
12:21 13.03.2026
Baş nazir quru sərhədlərinin bağlı olmasından danışdı