Futbol üzrə Serbiya millisinin baş məşqçisi Draqan Stoykoviç istefa verib.
AZXEBER.COM xəbər verir ki, məlumatına görə, mütəxəssis Albaniyaya evdə uduzduqları (0:1) DÇ-2026-nın seçmə mərhələsinin oyunundan sonra postundan ayrılıb.
Qeyd edək ki, Stoykoviç 2021-ci ildən yığmanın baş məçqçisi idi. Serbiya millisi K qrupunda 7 xalla üçüncü pillədə qərarlaşıb. Albaniya 11 xalla ikinci, İngiltərə 15 xalla birincidir.