Serbiya prezidenti Azərbaycana səfər edəcək

DÜNYA
08:31 06.02.2013
1043
Serbiya Prezidenti Tomislav Nikoliçin Azərbaycana rəsmi səfərə gələcək. “Cihan” agentliyinin yaydığı xəbərə görə, səfər 7-9 fevral tarixlərdə baş tutacaq. Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş olacaq. Görüşdə iki ölkə arasındakı əməkdaşığın inkişaf perspektivləri, regional əməkdaşlıq və digər məsələlərin müzakirə olunacağı, iki ölkə arasında gələcək əməkdaşlığın inkişafı istiqamətində 4 müqavilənin imzalanacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR