Serbiyada miqrantları daşıyan avtobus aşıb, ölən və yaralananlar var

Serbiyada miqrantları daşıyan avtobus aşıb, ölən və yaralananlar var
DÜNYA
07:56 15.11.2021
270
Serbiyanın Pirot şəhəri yaxınlığında miqrantları daşıyan avtobus aşıb.

AZXEBER.COM "Tanjug” portalına istinadən xəbər verir ki, qəza nəticəsində 2 nəfər ölüb, 20 nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Yaralıların əksəriyyəti azyaşlılardır.

Faktla bağlı cinayət işi başlanıb.

Pirot polisi avtobus sürücüsünü həbs edib.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, sürücü sürət həddini pozaraq işıq dirəyinə çırpılıb. Zərbənin gücündən avtobus aşıb.
OXŞAR XƏBƏRLƏR