Serbiyadan dünyaya açılan enerji dolu Azərbaycan həqiqəti – Uğurun həcmi və səbəbi

Serbiyadan dünyaya açılan enerji dolu Azərbaycan həqiqəti – Uğurun həcmi və səbəbi
Siyasət
14:47 11.12.2023
236
"Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılması Azərbaycanın qaz ixracı coğrafiyasının genişləndiyini təsdiq edən növbəti hadisədir.   Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 10-u Niş şəhərində keçirilən açılış mərasmindəki çıxışında bu münasibətlə xalqı təbrik etməsi və səsləndirdiyi rəqəmlər onu deməyə əsas verir ki, ölkəmiz təbii qaz, alternativ, o cümlədən yaşıl enerji istehsalçı, ixracatçısı olaraq böyük uğurlara imza atıb”.

Bu açıqlama Jurnalist Ekspert Mərkəzinin yaydığı məlumatda əksini tapıb.

JEM ölkə başçısının çıxışındakı faktları təsnifatlandıraraq təqdim edib:

- Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumuna uyğun olaraq, 2021-ci ildə Avropa məkanına qaz ixracı 8 milyard kubmetrdən çox olub, hazırda 12 milyard kubmetrə çatır. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir.

- Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artıracaq.

-Təbii qazın ixrac edildiyi doqquz ölkənin yeddisi Avropa ölkəsidir.

- Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır.

- Cənub Qaz Dəhlizinin uzunluğu 3500 kilometrdir.

- Bolqarıstana iki il öncə göndərilməyə başlanılan qaz təhcizatı 2021-ci ildə 270 milyon, 2022-də 500 milyon kubmetr həcmdə olub. Bu il ixrac 1 milyard kubmetrə çatdırılacaq.

- Azərbaycanın Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa İttifaqı ilə əlaqələri sürətlə inkişaf edir və plan Avropa məkanında yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır.

- Azərbaycanın irəli sürdüyü, icra etdiyi layihələr nəticəsndə Avropanın və Asiyanın - Avrasiyanın enerji xəritəsi böyük dərəcədə yenidən tərtib edilib.

- Azərbaycan 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə investorlarla sazişlər və anlaşma memorandumları imzalayıb.

- Həm Serbiya, həm Bolqarıstan, həm Şərqi Avropa qrupuna daxil olan digər ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Bakıda keçirilməsinə şərait yaratdılar.

"Prezident İlham Əliyevin Azərbaycanın zəngin neft və qaz resursları olduğuna diqqət çəkərək gələcəyin təmiz yaşıl enerjinin istehsalı və ixracı ilə bağlı oldğunu söyləməsi, "Əminəm ki, gün gələcək və buna oxşar mərasim yaşıl enerji layihələri ilə bağlı keçiriləcəkdir” fikrini vurğulaması nəinki ölkəmiz, dünya üçün şad xəbərdir” – təşkilatın yaydığı məlumatda qeyd olunub. 

JEM ölkə başçısının Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimindəki çıxışının məzmununa istinadən Azərbaycanın uğurlarının səbəbini mənəvi aspektdən belə dəyərləndirib:

-  Sadiqlik; dostluq; səmimiyyət; şəffaflıq; strateji tərəfdaşlıq; qarşılıqlı anlaşma, planetin təhlükəsizliyinə töhfə vermək bacarığı. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda qadın bıçaqlandı - Keçmiş əri saxlanıldı
16:08 20.09.2025
Goranboyda qadın bıçaqlandı - Keçmiş əri saxlanıldı
Xankəndi şəhər günü münasibətilə konsert proqramı təşkil edilib
15:58 20.09.2025
Xankəndi şəhər günü münasibətilə konsert proqramı təşkil edilib
Növbəti köç karvanı Kəlbəcərə çatıb
15:44 20.09.2025
Növbəti köç karvanı Kəlbəcərə çatıb
"Formula 1” ilə müqavilənin müddəti 2030-cu ilə qədər uzadılıb
15:41 20.09.2025
"Formula 1” ilə müqavilənin müddəti 2030-cu ilə qədər uzadılıb
Zelenski Trampla Ukraynanın təhlükəsizlik zəmanətlərini müzakirə edəcəyini bildirib
15:20 20.09.2025
Zelenski Trampla Ukraynanın təhlükəsizlik zəmanətlərini müzakirə edəcəyini bildirib
Ukrayna dronlarının Samara vilayətinə hücumu nəticəsində 4 nəfər ölüb
14:58 20.09.2025
Ukrayna dronlarının Samara vilayətinə hücumu nəticəsində 4 nəfər ölüb
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
14:33 20.09.2025
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
Şəmistan Nəzirli vəfat edib
14:31 20.09.2025
Şəmistan Nəzirli vəfat edib
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
14:14 20.09.2025
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
13:50 20.09.2025
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
13:41 20.09.2025
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
13:35 20.09.2025
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
13:23 20.09.2025
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
13:14 20.09.2025
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
13:12 20.09.2025
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
13:07 20.09.2025
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR