Sərdar Cəlaloğlunun sənədləri MSK-ya təqdim olundu

SİYASƏT
16:42 29.08.2013
1069

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun sənədləri təsdiq üçün Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunub.

APA-nın məlumatına görə, bunuMSKsədri Məzahir Pənahov qurumun bu gün keçirilən yığıncağında deyib.

O bildirib ki, ADP tərəfindən Məmmədov Sərdar Cəlal oğlunun sənədləri təsdiq üçünMSK-ya daxil olub. Müraciət qanuna uyğun şəkildə araşdırılaraq müvafiq qərar veriləcək.

M. Pənahov deyib ki, bu günə kimi müşahidə missiyasını həyata keçirmək üçün 356 müraciət daxil olub.

Onlardan 288 nəfəri DSK-larda qeydiyyatdan keçib.

OXŞAR XƏBƏRLƏR