“Serebrenitsa Anaları” Assosiasiyasının sədri: "Xocalıya ədalət təmin edilməlidir"

“Serebrenitsa Anaları” Assosiasiyasının sədri: "Xocalıya ədalət təmin edilməlidir"
DÜNYA
18:20 26.02.2023
159
Serebrenitsada olduğu kimi Xocalıda da ədalət nəhayət öz yerini tapmalıdır.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu məşhur hüquq müdafiəçisi, "Serebrenitsa Anaları” Assosiasiyasının sədri Munira Subaşiç "Xocalı: Barışıq üçün etiraf et” beynəlxalq koalisiyası üzvləri, eləcə də yerli və xarici mətbuat nümayəndələrinin iştirakı ilə "Keçid ədaləti və dayanıqlı sülh” mövzusunda keçirilən dəyirmi masada deyib.

"Xocalı və Serebrenitsa faciələri əslində eyni cinayətdir. Dünən Xocalıda sağ qalanlarla söhbət etmək imkanımız oldu. Uşaqla əsir götürülən ana ilə görüşdük. Dünya Xocalı faciəsini xatırlamalı, bu vəhşilikləri unutmamalıdır. Serebrenitsada baş verənlər dünya üçün dərs oldu. Tarixi, orada həlak olan insanları unutmaq olmaz".
OXŞAR XƏBƏRLƏR