"O cür insanlara görə maşına "şəhid xanımı" yazmışıq, burada pis nə var?" - AÇIQLAMA

"O cür insanlara görə maşına "şəhid xanımı" yazmışıq, burada pis nə var?" - AÇIQLAMA
SOSİAL
23:21 01.05.2022
4860
"2 gündür ölkə gündəmini zəbt edən, "şəhid xanımı" yazılan maşın mənim qızımın maşınıdır. O, Naxçıvan xüsusi təyinatının kəşfiyyat komandiri şəhid kapitan Rəşad Əliyevin həyat yoldaşıdır. Bu şəkildə qeyri-adi nə var?"

Bu sözləri AZXEBER.COM-a açıqlamasında şəhid Rəşad Əliyevin qayınatası Savalan Cəfərov deyib.

O, sosial şəbəkədə yazılan və tənqid olunan "şəhid xanımı" başlıqlı fotoya sərt reaksiya verib: 

"Qızımın 2 körpə uşağı atasız qalıb. Yoldaşı ikinci Qarabağ müharibəsində şəhid olub. Ona maşın almaq yoldaşının vəsiyyəti idi. Həm də 2 körpəni baxçaya, məktəbə aparmaq üçün maşın lazım idi. 

O deyib ki, qızı narahat olduğu üçün maşının üzərinə həmin sözlər yazılıb:

"Bir gün qızım mənə dedi ki, "Ata, özümü narahat hiss edirəm”. Başa düşdüm ki, cəmiyyətimizdə şərəfsiz insanlar var və ona görə də şəhidin şəklini maşına vurmaq istədik. Sonra isə qohum-əqrəba dedi ki, maşın çirklənəndə bu şəhidə hörmətsizlik olacaq. Nə vaxtsa da bozaracaq. Ən yaxşısı "şəhid xanımı" yazmaqdır. Elə o vaxtdan da yazdırmışıq". 

Savalan Cəfərov fotonu çəkib paylaşanları da qınayıb: 
 
"2 gün öncə biz rayona gələndə Bulvar tərəfdə kimsə bu fotonu çəkib pis formada paylaşmışdı. "Eynək aləmi” adda "Tiktok"da səhifədə paylaşılmışdı. Sonra da üzr istəyirəm ifadəmə görə başqa "şərəfsiz” səhifələr götürüb maşını paylaşıb. Bunu edən insanın vicdanı yoxdur, qızım nə pis iş görüb ki, onu bu formada paylaşırlar. Qızım 2 gündür ki, depressiyadadır. Onu bu hala salanları Allaha tapşırıram".
 
Oksana Orucova
 


 


 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
16:00 16.09.2025
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
15:59 16.09.2025
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
15:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
15:38 16.09.2025
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
15:31 16.09.2025
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
15:28 16.09.2025
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
15:24 16.09.2025
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
15:12 16.09.2025
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
14:43 16.09.2025
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq