Serenaya ünvanlandığı iddia edilən paylaşım haqqında Cem Yılmaz açıqlama verdi

Serenaya ünvanlandığı iddia edilən paylaşım haqqında Cem Yılmaz açıqlama verdi
MAQAZİN
15:11 17.04.2024
234
Türkiyənin komediya aktyoru Cem Yılmaz Serenay Sarıkayanın geyiminə ünvanladığı düşünülən paylaşımı ilə bağlı açıqlama verib. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Cem Yılmazın sosial media hesabında aktyor Marty Feldmanın fotosunu paylaşması izləyicilərin diqqətindən qaçmayıb. 

Göz müayinəsinə getdiyini deyən komediya aktyoru sağ gözündə görmə qabiliyyətinin 50 faizini itirdiyini açıqlayıb. 

Gözünün lazerlə müalicə olunduğunu deyən Yılmaz, gözünün 6 aydan 1 ilə qədər müddət ərzində sağalacağını bildirib. 

Buna görə də paylaşdığı şəklin əslində öz gözünün görmə qabiliyyətinin zəifləməsi ilə bağlı olduğunu bildirib. 

Oksana 
OXŞAR XƏBƏRLƏR