Serenin ana ola bilməyəcəyini üzünə vurunca göz yaşların saxlaya bilmədi - Video

Serenin ana ola bilməyəcəyini üzünə vurunca göz yaşların saxlaya bilmədi - Video
MAQAZİN
22:22 16.06.2017
3759
Aparıcı Seren Serengil ilə həmkarı Dərya Baykal arasında qalmaqal səngimək bilmir.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən məlumatına görə, Serenin "Dərya Baykalın qızı Dərya Şensoy sevgilisini mənim sevgilimlə qısqandırıb” sözləri həmkarını özündən çıxarıb.
 
Dərya Seren haqda bunları deyib:
 
"Ana olmaq çox çətin bir işdir. Ana olmayan bunu anlaya bilməz. Televiziyalar bizim atamızın evi deyil. Hörmət, üslub deyə bir şey yoxdur? Heç kim efirə çıxıb insanlar haqqında istədiyini danışa bilməz”.
 
Baykalın bu sözləri uzun müddət ana olmaq istəyən və lakin buna nail ola bilməyən Serengilə çox pis təsir edib.
 
O, aparıcısı olduğu "Duymayanlar kalmasın” verilişinin canlı efirində göz yaşlarına sahib ola bilməyib və deyib:
 
"Məni sevməyən insanlar uşağımın olmamasıyla əlaqəli mənə söz atırlar. Bu, böyük bir günahdır, hər kəsin, öz qızının başına da gələ bilər. Ana olmağı çox istədim amma olmadı. Çox mərhəmətsiz olmamalıyıq. Həyatda bəlkə də heç vaxt sahib ola bilməyəcəyəm şeyi mənə qarşı istifadə etmənizi sizə yaraşdırmadım. Bu bir qəbahət deyil”.
 
Qeyd edək ki. Dərya Baykalın qızı Dərya Şensoy aktrisa Birce Akalaydan boşanan aktyor Sarp Levendoğlu ilə sevgili olub. Cütlüyün bu yaxınlarda ayrıldığı bildirilir.

 
axsam.az
OXŞAR XƏBƏRLƏR