Sergey Lavrov: "Rəsmi Bakı ilə Yerevan gərginliyi azaltmaqda maraqlıdır"

Sergey Lavrov: "Rəsmi Bakı ilə Yerevan gərginliyi azaltmaqda maraqlıdır"
SİYASƏT
13:03 01.09.2020
1209
"Ermənistan və Azərbaycan Dağlıq Qarabaq münaqişəsinin həllini tapmasında maraqlıdır".

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlət İnstitutunun tələbələri və müəllimləri qarşısında çıxış edərkən bildirib.

Rusiyalı nazir dünən Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov ilə Zöhrab Mnatsakanyanın söhbət etdiyini diqqətə çatdırıb.

O deyib: "Bizdə olan təəssürata görə, hər iki tərəf vəziyyətin sabitləşməsində, regionda həmsədrlərin təşkil etdikləri görüşlərin davam etdirilməsində maraqlıdırlar”.
OXŞAR XƏBƏRLƏR