Bu gün ABŞ dövlət katibi Con Kerri ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
AZXEBER.COM-un məlumatına görə, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
ABŞ dövlət katibi və Rusiya xarici işlər naziri Dağlıq Qarabağda atəşin dayandırılması haqda razılaşmanı alqışlayıblar.
"Xarici siyasət idarələrinin başçıları Dağlıq Qarabağ atəşin dayandırılması haqqında razılığı alqışlayıblar. Bu, regionda vəziyyətin normallaşmasına imkan yaradacaq", - deyə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.