Sərhəddə atışma - Əsgərimiz yaralandı

Sərhəddə atışma - Əsgərimiz yaralandı
SİYASƏT
11:23 28.07.2019
9604
2019-cu ilin 27 iyul tarixində saat 22:45 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin Fizuli rayonunun Əhmədalılar kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozmaqla ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitənin gətirilməsinə cəhd edilib.

Bu barədə AZXEBER.COM-a Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Sərhəd naryadı tərəfindən İrandan Azərbaycan istiqamətində silahlı şəxslərin hərəkəti aşkar olunub və qarşısı alınıb.

Azərbaycanın dövlət sərhədinin mühafizəsində olan sərhəd naryadının qanuni tələbinə və xəbərdarlıq atəşinə tabe olmayan sərhəd pozucuları tərəfindən sərhəd naryadına qarşı silah tətbiq edilib.

Baş vermiş atışma zamanı sərhəd naryadının üzvü çiyin nahiyəsindən yaralanıb. Sərhədçi əsgər dərhal hərbi hospitala təxliyə edilərək əməliyyat olunub, hazırda vəziyyəti qənaətbəxşdir.

Dövlət sərhədindən narkotik vasitə keçirməyə müvəffəq ola bilməyən sər­həd pozucuları geri qaçıblar. Ərazidə keçirilmiş axtarış tədbirləri nəticəsində ümumi çəkisi 5 kq 350 qram olan 1 ədəd bağlamada 2 kq 70 qram marixuana, 2 kq 180 qram kokos, 885 qram heroin, 215 qram tiryək aşkar olunmub.

Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxsləri əra­zi­yə ezam edilib. İranın sərhəd nümayəndəsi ilə gö­rüşülüb, hadisə yerinə birgə baxış keçirilib, aşkar olunmuş narkotik vasitələr və digər əşyalar təqdim olunub, sərhəd pozucularının müəyyən edi­lərək cinayət məsuliyyətinə cəlb olunmaları tələb edilib.

Hərbi prokurorluq ilə birlikdə hadisə ilə əlaqədar zəruri tədbirlər görülür. Fakt üzrə cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kiyev vilayətinin bəzi ərazilərində karantin tətbiq edilib
23:10 13.10.2026
Kiyev vilayətinin bəzi ərazilərində karantin tətbiq edilib
Politico: ABŞ Ukraynanı raket hücumları barədə xəbərdar etməməsini hava şəraiti ilə izah edib
23:02 13.10.2026
Politico: ABŞ Ukraynanı raket hücumları barədə xəbərdar etməməsini hava şəraiti ilə izah edib
"Sabah" - "Slaviya" oyununun ən yaxşı futbolçusu bəlli olub
22:51 13.10.2026
"Sabah" - "Slaviya" oyununun ən yaxşı futbolçusu bəlli olub
Britaniyanın Tehrandakı səfiri İran XİN-ə çağırıldı
22:48 13.10.2026
Britaniyanın Tehrandakı səfiri İran XİN-ə çağırıldı
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb  - Yenilənib
22:40 13.10.2026
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - Yenilənib
Bu ərazilərdə işıq olmayacaq
22:39 13.10.2026
Bu ərazilərdə işıq olmayacaq
Məhəmməd İslami: İran nüvə sahəsində inkişaf etmiş ölkələrlə eyni səviyyədədir
22:30 13.10.2026
Məhəmməd İslami: İran nüvə sahəsində inkişaf etmiş ölkələrlə eyni səviyyədədir
Tramp: ABŞ və Rusiya arasında dizel yanacağı üzrə razılaşma qlobal bazar üçün zəruridir
22:23 13.10.2026
Tramp: ABŞ və Rusiya arasında dizel yanacağı üzrə razılaşma qlobal bazar üçün zəruridir
İranda adam oğurluğu ilə məşğul olan dəstənin beş üzvü məhv edildi
22:16 13.10.2026
İranda adam oğurluğu ilə məşğul olan dəstənin beş üzvü məhv edildi
Vitali Kliçko vəzifəsindən qovula bilər
22:07 13.10.2026
Vitali Kliçko vəzifəsindən qovula bilər
Paytaxtın bu yolları bağlı olacaq
21:56 13.10.2026
Paytaxtın bu yolları bağlı olacaq
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
21:49 13.10.2026
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Tramp: Ərdoğan dostumdur, ondan Husilərə qarşı əməliyyatlara qoşulmasını istəyə bilərəm
21:30 13.10.2026
Tramp: Ərdoğan dostumdur, ondan Husilərə qarşı əməliyyatlara qoşulmasını istəyə bilərəm
Elmir Mirzəyevdən hicab mübahisəsinə sərt reaksiya: “Uşaqları ideologiyaya girov etmək cinayətdir”
21:22 13.10.2026
Elmir Mirzəyevdən hicab mübahisəsinə sərt reaksiya: “Uşaqları ideologiyaya girov etmək cinayətdir”
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı
21:19 13.10.2026
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
21:14 13.10.2026
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb