Sərhəddə təxribat törədən ermənilər məhv edildi, komandir ağır yaralandı

Sərhəddə təxribat törədən ermənilər məhv edildi, komandir ağır yaralandı
SİYASƏT
18:04 11.04.2023
509
Ermənistan silahlı qüvvələrinin şərti dövlət sərhədində təxribat törədən zaman Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində 3 erməni hərbçisi məhv edilib, çoxlu sayda yaralanan var.

Ermənistan Müdafiə Nazirliyi də faktı təsdiqləyib.

Bildirilib ki, Gorus rayonunun Dığ kəndi istiqamətində baş verən atışma nəticəsində 3 erməni hərbçisi ölüb, çoxlu sayda hərbçi yaralanıb.

Yaralananlardan biri Ermənistan silahlı qüvvələrinin xüsusi təyinatlı korpusunun komandiri Armen Gözəlyandır.

Onun vəziyyəti ağırdır. A.Gözləyən Gorusda yerləşən tibbi mərkəzində cərrahiyyə əməliyyatı olunub.
 
///Report
OXŞAR XƏBƏRLƏR