Sərhədi keçən Şimali Koreya əsgəri Cənubi Koreyaya qaçdı

DÜNYA
14:39 20.08.2024
133
Şimali Koreyalı bir əsgər iki ölkəni birləşdirən neytral zonanı keçərək cənuba qaçıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyi açıqlama yayıb.
 
Belə ki, şimaldan bir çavuş rütbəli əsgərin cənuba qaçdığı təsdiqlənib.

Açıqlamada hərbi forma geyinən Şimali Koreyalı əsgərin ölkənin şərq sahilindəki Donqhae yolunu keçərək cənuba qaçdığı bildirilib.

Qeyd edək ki, 2023-cü ildən bəri 190 dan çox Şimali Koreya vətəndaşı cənuba qaçıb.
 
Bunun səbəbi ölkənin sərt qanunları və qapalı həyatıdır.
 
Cəmalə
OXŞAR XƏBƏRLƏR